Yaponiyada 15 tonluq polad lövhə tikinti sahəsinə düşüb

100

Yaponiyanın paytaxtı Tokioda tikilməkdə olan 51 mərtəbəli ticarət kompleksinin tikintisində 15 tonluq polad lövhə 7-ci mərtəbədən 3-cü mərtəbəyə düşüb. Dəhşətli qəzada 2 işçi həyatını itirib, 1-i ağır olmaqla 3 işçi yaralanıb.
Elchi.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokionun Nihonbaşı rayonunda 51 mərtəbəli ticarət kompleksinin tikintisində 15 tonluq polad lövhə yerli vaxtla saat 09:20 radələrində naməlum səbəbdən 7-ci mərtəbədən 3-cü mərtəbəyə düşüb.
Tikinti sahəsi işçiləri tərəfindən edilən xəbərdarlığın ardından əraziyə çox sayda yanğınsöndürən və sağlamlıq qrupu göndərilib. Hadisə yerində olan 3 işçidən 2-ni bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmadığı, ağır yaralanan işçinin vəziyyətinin ağır olduğu öyrənilib. Dəhşətli qəzada 2 nəfərin yüngül xəsarət aldığı bildirilib.

Nuranə Məmmədova