Yaponiya və Hollandiyanın Çinə qabaqcıl çip istehsal edən maşınların ixracını məhdudlaşdırmaq üçün ABŞ ilə razılığa gəldiyi iddia edilib.
Elchi.az xəbər verir ki, Associated Press (AP) agentliyinin məlumatına görə, Yaponiya, ABŞ və Hollandiya hələ də rəsmiləşdirilməmiş razılığa gəliblər.
Sözügedən razılaşmaya əsasən, Hollandiya və Yaponiya ABŞ-la Çinə qabaqcıl çip istehsal edən maşınların ixracını məhdudlaşdırmaq barədə razılığa gəliblər.
Tərəflərin razılaşmanı ictimaiyyətə açıqlayacağı tarixin qeyri-müəyyən olduğu və Ağ Evin razılaşmaya münasibət bildirmədiyi qeyd edilib.
Xatırladaq ki, Ağ Ev bundan əvvəl Vaşinqtonda ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın rəhbərlik etdiyi və inkişaf etməkdə olan texnologiyaların təhlükəsizliyinin müzakirə olunduğu toplantıda Hollandiya və Yaponiya rəsmilərinin iştirak etdiyini açıqlamışdı. ABŞ prezidenti Co Bayden bu ay Ağ Evdə Yaponiyanın baş naziri Kişida Fumio və Hollandiyanın baş naziri Mark Rutteni qəbul edib.
Yeganə