Yaponiya və Cənubi Koreya liderləri 2011-ci ildə kəsilmiş qarşılıqlı ölkə səfərlərini bərpa etməyə hazırlaşırlar.
Elchi.az xəbər verir ki, Yaponiya hökuməti Cənubi Koreya lideri Yoon Suk-yeolun həyat yoldaşı Kim Keon Hee ilə həftə ərzində Yaponiyaya səfər edəcəyini açıqlayıb.
Yaponiyanın Baş naziri Kişida Fumio Yoonun səfərinin elanından sonra Tokio-Seul əlaqələrini yaxşılaşdırmaqda qərarlı olduqlarını açıqlayıb.
Nazirlər Kabinetinin Baş Katibi Matsuno Hirokazu Cənubi Koreyanı çağırışlara qarşı işləmək üçün vacib tərəfdaş kimi xarakterizə edib.
Yeganə