Yaponiyanın Fukusima Daiiçi Atom Elektrik Stansiyasında toplanan təmizlənmiş radioaktiv tullantı sularını dənizə axıdmağa başlayan zavod operatoru TEPCO, bölgənin açıq sularından götürülmüş su nümunələrində radioaktivlik səviyyəsinin təhlükəsiz həddə olduğunu açıqladı.
Elchi.az xəbər verir ki, 2011-ci ildə Yaponiyada baş verən 9 bal gücündə zəlzələ və sunamidən sonra Fukuşima Daiiçi Atom Elektrik Stansiyasında yığılan təmizlənmiş radioaktiv tullantı sularının dənizə axıdılmasından sonra bölgədən ilk sınaq nəticələri gəldi.
Cümə axşamı günü elektrik stansiyasından 3 kilometr uzaqlıqda 10 fərqli bölgədən su nümunələri götürən Yaponiyanın elektrik enerjisi şirkəti və elektrik stansiyası operatoru TEPCO, tədqiq edilən nümunələrdəki radioaktivlik səviyyəsinin təhlükəsiz həddə olduğunu açıqladı.
TEPCO-nun sözçüsü Keisuke Matsuo mətbuat konfransında nümunələrdə görülən dəyərlərin litr başına 1500 bechereldən (1500 bq/L) aşağı olduğunu söylədi.
Müəyyən edilmiş dəyərin 60.000 becherel (60.000 bq/L) olan milli təhlükəsizlik standartından xeyli aşağı olduğunu qeyd edən Matsuo, TEPCO-nun növbəti ay ərzində hər gün su analizləri aparmağa davam edəcəyini bildirdi.
Şayəstə Hüseynova