Yaponiya sahillərində sirli top tapılıb

77

Yapon polisi dəmirdən olduğu güman edilən 1,5 metr diametrli sirli top tapdıqdan sonra Hamamatsu şəhərində Enshuhama çimərliyinə girişi məhdudlaşdırıb. Elchi.az xəbər verir ki, bu barədə “Daiichi” telekanalı məlumat yayıb

Topu yerli sakin aşkar edib və o, yerli vaxtla saat 08.45-də polisə müraciət edib. Çimərliyə giriş bağlanıb və yerli ərazidə nəqliyyatın hərəkəti ciddi şəkildə tənzimlənir. Polis çimərlik ərazisini yoxlayıb və hələlik başqa şübhəli əşyalar barədə məlumat verilməyib.

Obyekt hazırda hadisə yerinə gələn mütəxəssislər, həmçinin Yaponiya özünümüdafiə qüvvələri və Sahil Mühafizəsinin mütəxəssisləri tərəfindən tədqiq edilir.

Havar Şəfiyeva