Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir

72

Yaponiya Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirəcəyi ilə bağlı qərarını açıqlayıb.
Elchi.az xəbər verir ki, bu qərar G7 ölkələri liderlərinin onlayn görüşü zamanı Yaponiyanın Baş naziri Fumio Kişida tərəfindən elan edilib.
Bildirilib ki, yenilənmiş sanksiya siyahısı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.