Yaponiyanın Quru Özünümüdafiə Qüvvələri “Dəmir yumruq” adl birgə təlimi çərçivəsində Kaqosima prefekturasındakı Tokunosima adasına gəlib.
Elchi.az-ın məlumatına görə, bu barədə “The Japan Times” xəbər verir.
“Təlim ucqar adaların müdafiəsi və ələ keçirilməsini simulyasiya etmək üçün nəzərdə tutulub. Nansey adaları yaxınlığında təlimlər keçirməklə, Yaponiya və Amerika tərəfləri adaların cənub-qərb zəncirini müdafiə etmək və Çinin artan dəniz varlığını məhdudlaşdırmaq üçün birgə qabiliyyətlərini yaratmağa çalışıblar.
Kəşfiyyat bölmələrindən alınan məlumatlar əsasında Yaponiya və Amerika bölmələri birgə təlimlər keçirib. Əvvəlki bütün “Dəmir yumruq” hərbi təlimləri ABŞ-da keçirilib.
Təlimdə Okinava prefekturasında yerləşən GSDF Çevik Yerləşdirmə Amfibiya Alayı və 31-ci Dəniz Ekspedisiya Bölməsi iştirak edib.
Oxşar təlim Kikacima adasında, həmçinin Kaqoşimada keçirilib və bu təlim zamanı qoşunlar ərazini ələ keçirmək üçün paraşütlə içəri daxil olublar.
Yeganə