Yaponiyanın Baş naziri Kişida Fumio, Xirosimada keçiriləcək G-7 Liderlər Zirvə toplantısında nüvə silahı olmayan bir dünya vizyonunu təqdim etməyi hədəflədiklərini söylədi.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, Kişida ABŞ-da keçirdiyi mətbuat konfransında bir həftəlik səfəri zamanı ayrı-ayrılıqda görüşdüyü Fransa, İtaliya, İngiltərə, Kanada və ABŞ liderləri ilə ikitərəfli və regional əlaqələri müzakirə etdiyini bildirib.
2023-cü il üçün G-7 Dövrünün Prezidenti olaraq Yaponiyanın may ayında Liderlər Zirvəsi çərçivəsində hədəflərini vurğuladığını qeyd edən Kişida, G-7 qrupunun ölkələrin liderləri ilə sıx əməkdaşlıq və həmrəyliyini vurğuladıqlarını söyləyib.
Yaponiyanın baş naziri Rusiya-Ukrayna böhranında nüvə təhlükələrinə diqqət çəkərək, İkinci Dünya Müharibəsindən sonra nüvə silahlarının olmadığı dövrün yüngül qəbul edilməməsinin lazım olduğunu müdafiə etdi.
Kişida vurğulayıb ki, Yaponiya olaraq Xirosimada keçiriləcək G-7 Liderlər Zirvə toplantısında nüvə silahı olmayan bir dünyaya baxış təqdim etməyi hədəfləyirlər.
Yeganə