Rusiya helikopterinin Nemuro bölgəsində Yaponiya sərhədini keçdiyi iddia edilir.
Elchi.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi Rusiya helikopterinin ölkənin hava sərhədini pozduğunu bildirib. Yaponların sözlərinə görə, bu, Hokkaydo qubernatorluğunun Nemuro yarımadası ərazisində baş verib. Lakin Rusiya tərəfi bu məlumatı təsdiqləmir.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Moskva vaxtı ilə saat 6:44-də (və yerli vaxtla 12:44-də) Rusiya helikopteri Yaponiya hava məkanına daxil olub. Artıq Rusiya tərəfi bununla bağlı etirazını bildirib. Kyodo agentliyinin məlumatına görə, Yaponiya Hərbi Hava Qüvvələri bu insidentlə əlaqədar həyəcan təbili çalıb.
Rusiya hadisə ilə bağlı şərh və ya təsdiq etməyib. Eyni zamanda, son vaxtlar yaponların Rusiya Federasiyasını sərhədlərini pozmaqda sübuta yetirilmədən ittiham etməsi halları daha tez-tez baş verir.
Şayəstə Hüseynova