Sui-qəsd nəticəsində həyatını itirən Yaponiyanın keçmiş Baş naziri Sindzo Abenin mühafizəsində boşluqlar olub.
“Reuters” xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno brifinqdə bildirib.
O deyib ki, hökumət keçmiş Baş nazirin təhlükəsizlik və mühafizə sistemində nasazlıq və boşluqların olduğunu göstərən hesabat alıb.
Yaponiya Nazirlər Kabinetinin sözçüsü isə bildirib ki, hökumət keçmiş baş nazir Sindzo Abenin öldürülməsi ilə bağlı təhlükəsizlik boşluqlarının müzakirəsini və təhqiqatın yekun nəticələrini gözləyir.
ABŞ-dan hərbi güc nümayişi: “Qara Qartal” döyüşə hazırdır!
ABŞ Ordusu rəsmi olaraq "Dark Eagle" ("Qara Qartal") adlandırılan ilk Uzaq Mənzilli Hipersəs Silahları (LRHW) batareyasını yerləşdirib. Elchi.az xəbər verir...





















Son şərhlər