Yaponiya 80 Rusiya təşkilatına qarşı sanksiya tətbiq edib

71

 

Yaponiya Xarici İşlər Nazirliyi Ukrayna hadisələri ilə əlaqədar Moskvaya qarşı 80 Rusiya şirkətinə qarşı məhdudiyyətləri özündə əks etdirən yeni sanksiyalar paketini açıqlayıb. Elchi.az xəbər verir ki, bu barədə Ria Novosti məlumat yayıb.

Yeni məhdudiyyətlər MegaFon, Lavoçkin adına NPO, PJSC Kamaz, Skolkovo Foundation və Skoltech kimi şirkətlərə təsir edib. İxrac məhdudiyyətlərinin iyunun 2-dən qüvvəyə mindiyi vurğulanır.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının Moldovanın beş vətəndaşına, o cümlədən siyasətçi İlan Şor, iş adamı Vladimir Plahotniuka və “Şor” partiyasının sədr müavini Marina Tauberə Rusiyaya dəstək verdiyinə görə sanksiya tətbiq etmək niyyəti məlum olub.

Havar Şəfiyeva