Yanlış vəziyyətdə yatmaq kabusları artırır

🗓 09.01.2024 17:37 ✍️ "Elçi" qəzeti
Yanlış vəziyyətdə yatmaq kabusları artırır

Məlumdur ki, yatdığınız mövqe yuxu müddətinə və səhər gümrah oyanmağınıza təsir edə bilər. Elchi.az  xəbər verir ki, “Sleep and Hypnosis” jurnalında dərc edilən araşdırma nəticəsində məlum olub ki, sol böyrü üstə yatan insanlar daha çox kabuslar görürlər. Sol tərəfdə yatanların pis yuxular görmə şansı 41 faiz, sağ tərəfdə yatanların isə yalnız yüzdə 15-i pis yuxular görüb. Sol tərəfdə yatmaq kabuslarla əlaqələndirilə bilər, çünki bu, ürəyə daha çox stress qoyur. Stress olduqda, yuxu keyfiyyəti azalır. "Ən yaxşı yanaşma, sağlam nəfəs almaq üçün ideal olan, sağ tərəfinizdə yatmağınızı tələb edən və yuxu görmək üçün potensial olaraq daha yaxşı olan mövqedə yatmaqdır." Nuranə Məmmədova  

Bənzər yazılar