Güclü yağış Oğuz rayonunda fəsadlar törədib.
Elchi.az Report-a istinadla xəbər verir ki, dünən axşam yağan güclü yağış nəticəsində Qarasu çayında suyun səviyyəsi artıb, nəticədə sel suları Xalxal kəndinə ziyan vurub.
Məktəbə gedən körpünün bir hissəsi çöküb, bir neçə ailənin həyətinə və tövləsinə su dolub. Asfalt yolunun kənarlarını su yuyub, bir neçə elektrik dirəyi sıradan çıxıb.
Hazırda aidiyyəti qurumların nümayəndələri ərazidə iş aparırlar.
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı
Azərbaycanda cari ilin ilk 9 ayı ərzində 60819 uşağın doğumu qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən...





















Son şərhlər