"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Yağı 7 manata alıb 18 manata satan kimlərdir?

05 Oktyabr 2017 - 16:07
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Bu həftənin əsas müzakirə mövzularından biri kərə yağının qiymətindəki kəskin bahalaşmadır.

Hər kiloqramda 3-4 manata yaxın olan artımdan narazılıqlar xeyli çoxalıb. Bir çox ekspertlər bahalaşmanın yağ idxalındakı monopolizmdən irəli gəldiyini bildirirlər. İş o yerə çatıb ki, Dövlət Gömrük Komitəsi inhisarçıları dəstəkləməsi barədə iddialara cavab olaraq yağ idxalının həcmi, idxalçı şirkətlərin sayı barədə statistik məlumatla çıxış etdi.

Elchi.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşı ölkəyə yağ idxalı, ölkə və dünya bazardakı vəziyyəti təhlil edib. Həmin yazını təqdim edirik:

Əslində kərə yağının bahalaşması gözlənilməz olmadı. Çünki son 1 aya yaxın dövrdə  bu məhsulun dünya bazar qiymətlərinin artmasına dair həm media, həm də sosial şəbəkələr vasitəsilə güclü təbliğat aparılmışdı. Bu təbliğata bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri də aktiv dəstək verirdilər. Bu, faktiki olaraq, ictimaiyyəti qiymət artımına hazırlamağa cəhd idi. “Cəhd” ona görə deyirəm ki, 2-3 gündə insanların məsələyə kəskin münasibəti göstərdi ki, təbliğat gözlənilən nəticəni verməyib. Ailələr kilosu 18 manata kərə yağını nə ala bilirlər, nə də almaya. Xüsusilə azyaşlı uşaqların qida rasionunda əhəmiyyətli yer tutan bu məhsulu almamaq mümkün deyil. Lakin yeni qiymətlərlə almağa da əksəriyyətin gücü çatmır.

Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda diqqəti cəlb edən bir məqamı xüsusi qeyd etmək istəyirəm. Belə ki, həmin məlumata görə, ötən il ölkəyə kərə yağını Almaniyadan 11, Rusiya Federasiyasından 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət həyata keçirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyd olunan dövrdə Azərbaycana “Kərə yağı, digər süd yağları və pastaları” adı altında malların idxalında əsas yeri Yeni Zelandiya tutub. Bu ad altında idxal edilən 14 365,1 ton məhsulun 11 910 tonu və ya 82,9 faizi bu ölkədən gətirilib – hər kiloqramı 3,3 dollara. İkinci yerdə olan Almaniyadan idxal cəmi 535,6 ton təşkil edib – 1 kq-ı 3,8 dollara. Bundan əlavə, Belarusdan kiloqramı 3,9 dollara 420,9 ton, Finlandiyadan 2,8 dollara 409,9 ton, Ukraynadan 3,5 dollar 361 ton məhsul idxal edilib. Rusiyadan idxal cəmi 75,4 ton(kilosu 3,8 dollara) təşkil edib.

Yenə Statistika Komitəsinin məlumatına görə, bu ilin 6 ayında ölkəyə cəmi kərə yağı idxalı 6026,68 ton təşkil edib – kiloqramı orta hesabla 3,9 dollara. Bu zaman birinci yerdə yenə Yeni Zelandiyadır – bu ölkədən 4825,95 ton kərə yağının hər kiloqramı 3,8 dollara alınıb – idxalda payı 80 faizdir. İkinci yerdə olan Fransadan idxalın ümumi idxalda payı 3,5faizə belə çatmır. Bundan əlavə, qeyd olunan dövrdə Ukraynadan 166,5 ton kərə yağı idxal edilib – kilosu 3,5 dollara. Finlandiyadan eyni qiymətə 197,94 ton, Almaniyadan 4,4 dollara 195,18 ton, Rusiyadan 1,5 dollara 82,03 ton, Belarusdan  4,9 dollara 159,4 ton kərə yağı idxal etmişik.

Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatdan isə aydın olur ki, 2017-ci ilin 9 ayı ərzində Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib. Bu isə o deməkdir ki, həm ötən il, həm də bu ilin 9 ayında Azərbaycana yağ idxalının ən azı 80 faizini cəmi 4-5 şirkət həyata keçirib. Amma idxalda payı 1-2 faizə çatan Rusiya və Ukraynadan idxalla 8-13 şirkət məşğul olur.

Onu da qeyd edim ki, dünya bazarında kərə yağının qiyməti həqiqətən bahalaşıb. Bu baxımdan,  prosesin Azərbaycandakı qiymətlərə təsiri normal qəbul edilə bilər. Lakin məsələ burasındadır ki, bizdə qiymət artımı dünya bazarındakı artım səviyyəsinə adekvat deyil. Məsələn, Gömrük Komitəsinin yaydığı cədvəldən aydın olur ki, bu ilin 1-ci rübündə dünya bazarında kərə yağının qiyməti 9,6 faiz artıb. Azərbaycanda isə şəxsi qeydlərimə əsasən qiymət artımı təxminən 26 faiz təşkil edib. Avqust-sentyabrda dünya bazarında artım cəmi 1 faiz, Azərbaycan bazarında isə 17-20 faiz təşkil edib.

Digər tərəfdən, dünya bazarından bizimlə bərabər yağ alan qonşu ölkələrin heç birində  qiymətlər bizdəki qədər yüksək deyil. Məsələn, Gürcüstan, Ukrayna və Rusiyada 82 faizlik Yeni Zelandiya yağının kilosu pərakəndə satışda 10-14 manat arasında dəyişir. Bu ilin birinci yarısında Azərbaycana ən bahalı yağ Belçikadan kilosu 5,2 dollara, İrlandiya və Fransadan 5,1 dollara idxal olunub – 9 manata. 80 faiz yağ isə Yeni Zelandiyadan 3,8 dollar və ya 6,6 manata idxal edilib. Gömrük-idxal rüsumları, vergilər, daşıma xərcləri bu qiyməti 2-3 dəfə artıracaq səviyyədə olmadığı isə hamıya məlumdur.

Bütün bunları nəzərə almaqla, “kərə yağını kim bu qədər bahalaşdırdı” sualına cavab tapmaq yəqin ki, çətin olmaz…

Previous Post

Yağı 7 manata alıb 18 manata satan kimlərdir?

Next Post

Məktəblərdə müəllimlər üçün pul yığılır — SİYAHI

Bənzər yazılar

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33

Son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların...

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu,...

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26

Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki...

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib. Nazirlikdən Elchi.az-a verilən məlumata görə, şuranın...

Next Post

Məktəblərdə müəllimlər üçün pul yığılır — SİYAHI

Məktəblərdə müəllimlər üçün pul yığılır — SİYAHI

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.