ABŞ və Böyük Britaniya hərbçiləri Yəməndə ən azı 20 husi hədəfini vurub. Əməliyyatın kodları ötən ay açıqlanıb. Elchi.az xəbər verir ki, Qırmızı dənizdə ABŞ-ın rəhbərliyi ilə 39 ölkənin iştirakı ilə qlobal dəniz gücü yaradıldı. Narahatlığın əsas səbəbi husilərə silahların Çindən getməsidir.
ABŞ və Böyük Britaniya koalisiya qüvvələrinin Yəməndə husilərə qarşı əməliyyatının təfərrüatları üzə çıxıb. Döyüş təyyarələri və Tomaqavk raketləri ilə həyata keçirilən əməliyyatda husilərə məxsus pilotsuz uçuş aparatları, ballistik və qanadlı raketlər, radar və müşahidə sistemləri ilk növbədə hədəf alınaraq, təxminən 20 hədəfin məhv edildiyi bildirilir. Qlobal müharibə narahatlığına səbəb olan əməliyyat üçün düymə basılırkən, keçən dekabrda bu çərçivədə böyük bir dəniz qüvvəsi yaradılıb.
Şayəstə Hüseynova





















Son şərhlər