Əməkdar artist, kinorejissor Elxan Qasımovun son durumu açıqlanıb.
Elchi.az xəbər verir ki, sənətçinin qızı Kəmalə Qasımova Report-a açıqlamasında atasının vəziyyətinin stabil-ağır olaraq qaldığını bildirib.
Onun sözlərinə görə, E.Qasımova qan köçürülüb: “Müalicəsi davam edir. Cüzi irəliləyiş var, amma tam proqnoz vermək mümkün deyil. Həkimlər hələ dəqiq söz deyə bilmir”.
Qeyd edək ki, 78 yaşlı Əməkdar artist bir neçə gün öncə aorta anevrizmasının partlaması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib
Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat...





















Son şərhlər