Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ nəticəsində 9250 evə ziyan dəyib.
Elchi.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Sadiq Mötəmedian açıqlama verib.
O, bu günə kimi 12,245 evin yoxlanıldığını və riskli evlərin müəyyən edilməsi üçün yoxlama prosesinin davam etdiyini bildirib.
Qeyd edək ki, Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200 nəfərdən çox insan yaralanıb.
Evləri dağılanlara yardım edilmədiyi üçün insanlar soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.
Bakıda AQEM Media Forumu keçirilir
Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir....





















Son şərhlər