“Mançester Siti”nin ispaniyalı baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında 2022-2023 mövsümünün ən yaxşı məşqçisi seçilib.
Elchi.az xəbər verir ki, Təşkilatın bəyanatına görə , səsvermədə Mikel Artetanı (Arsenal), Unai Emeri (Aston Villa), Eddi Hou (Nyukasl Yunayted), Roberto De Zerbi (Brayton) və Marko Silvanı (Fulhem) məğlub edən Qvardiola mövsümün ən yaxşı məşqçisi seçilib.
O, karyerasında 4-cü dəfə bu mükafatı qazanıb.
Qvardiola bu mükafatı üç dəfə qazanan portuqaliyalı Joze Mourinyonu və fransız Arsen Vengeri geridə qoyub. Ser Aleks Ferqyuson 11 dəfə mükafatı ən çox qazanan məşqçidir.
Nuranə Məmmədova