Xorvatiya Ukraynadan taxıl idxal etməyəcək

76

Xorvatiyanın baş naziri Andrey Plenkoviç Xorvatiyanın tranzit ölkə olduğunu və Ukraynadan taxıl idxal etməyəcəklərini bildirib.
Elchi.az xəbər verir ki, Plenkoviç ölkə mətbuatına verdiyi açıqlamada ölkəsinin Ukraynadan taxıl idxal etməməsi ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenskiyə və Ukrayna nazirlərinə məlumat verildiyini bildirib.
Avropa Birliyinin (AB) üzvü olan Xorvatiyanın Ukrayna taxılının yalnız tranzit ölkəsi olduğuna diqqət çəkən Plenkoviç, daha ucuz Ukrayna taxılını idxal etməyəcəklərini açıqlayıb.