"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“…Xocalı qatillərinin yenidən hakimiyyətə gətirilməsinin Ermənistan üçün ağır nəticələri olacaq”-Qüdrət Həsənquliyev

27 Fevral 2026 - 12:00
in MANŞET
FacebookVatsap

“Dünən xalqımız böyük hüznlə Xocalı qurbanlarını yad etdi. Ermənistan prezidentləri olmuş Köçəryan və Sərkisyanın rəhbərliyi ilə 34 il öncə erməni faşistləri Rusiyanın 366-cı alayının köməkliyi ilə Xocalının dinc sakinlərinə uşaq, qadın, qoca bilmədən dəhşətli divan tutublar. Bu faciənin “Xocalıya ədalət” çağırışı ilə beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynamış Heydər Əliyev Fondunun və xüsusilə Leyla Əliyevanın xidmətlərini də qeyd etmək istəyirəm.
Xocalı işğaldan azad olsa da, həmin cinayəti törətmiş canilər son nəfərinə qədər cəzalandırılmayınca, soyqırımı qurbanlarının ruhu rahat ola bilməz”.
Bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili əlavə edib ki, İsrail alman faşistlərini müharibədən sonra ya tutub İsarilə gətirib ədalət mühakiməsi qarşısına çıxarır, ya da bu mümkün olmadıqda aşkar etdikləri yerdə cəzalandırırdı: “Azərbaycanın müvafiq dövlət orqanları Xocalıda azyaşlı qız uşaqlarını soyundurub təhqir etmiş və öldürmüş faşistlərin cəzalandırılması üçün eyni addımları atmalıdır. Bu gün həmin qatillər Ermənistanda hakimiyyətə qayıtmaq istəyirlər. Ermənistanda sülh tərəfdarları açıq formada bəyan edirlər ki, qarşıdan gələn 7 iyun seçkiləri müharibə ilə sülh arasında seçim olacaq. İraqın keçmiş Baş naziri əl-Maliki yanvarın sonunda hakimiyyətə qayıtmaq istəyəndə Tramp açıq bəyan etdi ki, bunun İraq üçün ağır nəticələri olacaq və bu, ABŞ-İraq münasibətlərinə ciddi təsir edəcək. İndi zamanı çatıb ki, Azərbaycan Ermənistan xalqına açıq müraciət etsin ki, Xocalı qatillərinin yenidən hakimiyyətə gətirilməsinin Ermənistan üçün ağır nəticələri olacaq. Revanşistlərin Ermənistanda hakimiyyətə gələcəkləri halda törədəcəkləri təxribatlardan müdafiə olunmaq məqsədilə, biz sərhəd bölgəsində bütün qoşun növlərinin iştirakı ilə geniş miqyaslı hərbi təlimlərə başlamalıyıq. Azərbaycan eyni zamanda Ermənistandan Xocalı qətliamını törətmiş şəxslərin cəzalandırılmasını tələb etməlidir.
Bununla yanaşı Azərbyacan iqtidarını Ermənistanda 7 iyun seçkilərinə qədər sülh prosesini aparan, hazırda çətin günlərini yaşayan Paşinyanla sülh sazişi imzalamağa çağırıram. Bu, ona və sülh prosesinə dəstək olardı. Həm də Ermənistanla kommunikasiya xətləri açılandan, iqtisadi və humanitar əlaqələr qurulandan, Türkiyənin Ermənistanla hərtərəfli əməkdaşlığa başlamasından sonra sülh sazişinin gecikdirilməsi Ermənistan üçün heç bir diskomfort yaratmır, bizə heç nə vermir. Heç bir Konstitusiya sülhü təmin edə bilməz. Biz eyni zamanda mağara təfəkkürlü, xarici dövlətlərin terror təşkilatı kimi istifadə etdiyi, öz xalqını ən adi hüquqlardan məhrum etmiş Talibana qarşı mübarizəyə başlamış qardaş Pakistana öz dəstəyimizi ifadə etməliyik”.

Bunu da oxuyun

Sabah yağış yağacaq

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

Previous Post

Cərimənin məcburi tutulması qaydası dəyişir

Next Post

Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bənzər yazılar

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47

Çoxtərəfli əməkdaşlıq formatlarında fəal yer alan Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələri də qarşılıqlı hörmət və etimada, bərabərhüquqlu tərəfdaşlıq...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb. Elchi.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata...

Next Post
Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

UEFA Konfrans Liqasında tarixi het-trik: Mazurek rekord müəllifi olub

UEFA Konfrans Liqasında tarixi het-trik: Mazurek rekord müəllifi olub

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52
Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.