Xirosimada yenə də vəziyyət ağırdır

🗓 23.08.2014 13:58 ✍️ "Elçi" qəzeti
Yaponiyanın Xirosima şəhərində 160 mindən çox sakinə güclü yağışlara görə evakuasiya tövsiyə olunub.img1617880
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Xirosimada baş verən son sürüşmə zamanı həlak olan 51 nəfərdən 46-nın şəxsiyyətini öyrənmək mümkün olub.
Güclü yağışlar isə sürüşmələri gücləndirib. Onlarla tikili yarasız hala düşüb. Artıq dörd gündür ki, şəhərdə xilasetmə işləri gedir, xilasetmə işlərinə 500-dən çox hərbçi cəlb olunub. 2 mindən çox sakin müvəqqəti sığınacaqlarda qalır. Yağışlar nəticəsində Nenotaniqava çayının daşması sahilboyu yaşayın məntəqələri üçün təhlükə yaradıb.
Xirosimadakı vəziyyətin gərginləşməsinə görə baş nazir Sindzo Abe məzuniyyətini yarımçıq qoyaraq Tokioya qayıdıb.
 

Bənzər yazılar