"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

XİN-dən Brüssel görüşü barədə açıqlama

15 May 2023 - 11:49
in SİYASƏT
FacebookVatsap

Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirik.

Bunu da oxuyun

Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

İlham Əliyev Buxarada səfərdədir

Prezident İlham Əliyev Zelenskini təbrik edib

Elchi.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilmiş növbəti görüşə dair şərhində bildirilib.

İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir.

Görüş zamanı, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir.

Görüş həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb.

Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edirik.

Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik.

Previous Post

XİN-dən Brüssel görüşü barədə açıqlama

Next Post

Bu il pensiya ödənişlərinə 1 mlrd. 891 mln. manat yönəldilib

Bənzər yazılar

Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

24 Avqust 2026 - 11:46

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Buxaradan paylaşım edib. Elchi.az xəbər verir ki,...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

İlham Əliyev Buxarada səfərdədir

24 Avqust 2026 - 11:32

Prezident İlham Əliyevin təyyarəsi Buxara hava limanına enib. Elchi.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Zelenskini təbrik edib

Prezident İlham Əliyev Zelenskini təbrik edib

24 Avqust 2026 - 11:10

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əlamətdar...

İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

23 Avqust 2026 - 12:31

Pakistanın ordu komandanı Asim Munirin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti avqustun 24-də Tehrana səfər edəcək. Elchi.az xəbər verir ki, bu...

Next Post
Bu il pensiya ödənişlərinə 1 mlrd. 891 mln. manat yönəldilib

Bu il pensiya ödənişlərinə 1 mlrd. 891 mln. manat yönəldilib

Bu il pensiya ödənişlərinə 1 mlrd. 891 mln. manat yönəldilib

Bu il pensiya ödənişlərinə 1 mlrd. 891 mln. manat yönəldilib

Son xəbərlər

Çin və İordaniya Hörmüz boğazında gəmiçiliyin bərpasına çağırdı

Çin və İordaniya Hörmüz boğazında gəmiçiliyin bərpasına çağırdı

24 Avqust 2026 - 16:45
Çindən gətirilən çayda zəhərli maddə, əriştədə kif aşkarlandı

Çindən gətirilən çayda zəhərli maddə, əriştədə kif aşkarlandı

24 Avqust 2026 - 16:37
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb

24 Avqust 2026 - 16:16
Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

24 Avqust 2026 - 16:10
Ukrayna ordusu Rusiyada 66 hərbi hədəfin vurulduğunu bildirir

Ukrayna ordusu Rusiyada 66 hərbi hədəfin vurulduğunu bildirir

24 Avqust 2026 - 12:25
Yanvar-iyul aylarında 85 min əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərilib

Yanvar-iyul aylarında 85 min əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərilib

24 Avqust 2026 - 12:12
Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

24 Avqust 2026 - 11:46
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

İlham Əliyev Buxarada səfərdədir

24 Avqust 2026 - 11:32
Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, 3 nəfər saxlanılıb

Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, 3 nəfər saxlanılıb

24 Avqust 2026 - 11:30
Gələn ildən xarici dil imtahanında hansı tələblər olacağı açıqlanıb

Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

24 Avqust 2026 - 11:21
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

DSMF: Bütün sosial ödənişlərin sabah ödənilməsi nəzərdə tutulur

24 Avqust 2026 - 11:14
Prezident İlham Əliyev Zelenskini təbrik edib

Prezident İlham Əliyev Zelenskini təbrik edib

24 Avqust 2026 - 11:10
Estoniya baş naziri: Rusiyanın NATO-ya hücum təhlükəsi var

Estoniya baş naziri: Rusiyanın NATO-ya hücum təhlükəsi var

24 Avqust 2026 - 11:07
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib

24 Avqust 2026 - 11:00
İrandan Hörmüz boğazı ilə bağlı qərar: Gəmilərdən ödəniş alınacaq

İrandan Hörmüz boğazı ilə bağlı qərar: Gəmilərdən ödəniş alınacaq

24 Avqust 2026 - 10:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.