Azərbaycan onun suverenliyinə xələl gətirmək cəhdlərinin qarşısını qətiyyətlə alacaq.
Elchi.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə X sosial hesabında Almaniya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə cavabında qeyd edib.
A.Hacızadə Almaniya XİN-in Qarabağ bölgəsini “dağlıq” adlandırmasına da qarşı çıxıb.
“Ermənistan 30 il işğalçılıq siyasəti yürüdüb, bölgəni “boz zona”ya çevirib. Azərbaycan öz erməni sakinlərini qorumaq və reinteqrasiya etməkdə qətiyyətlidir və qadirdir. Artıq BMT-nin müvafiq qurumları humanitar fəaliyyət və tərk-silah prosesi ilə tanış olmaq üçün Qarabağ bölgəsinə səfərə dəvət edilib”, – XİN rəsmisi yazıb.
Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb. Elchi.az "Tasnim"ə istinadən xəbər...




















Son şərhlər