"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

XİN Ağdamın işğalının 25-ci ildönümü ilə əlaqədar açıqlama yaydı

23 İyul 2018 - 16:26
in SİYASƏT MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Azərbaycan Respublikasının Ağdam rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar XİN açıqlama yayıb.

Elchi.az-ın xəbərinə görə, XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü zamanı 23 iyul 1993-cü il tarixində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Ağdam rayonunun inzibati mərkəzi, Aşağı Qarabağın ən böyük şəhərlərindən biri Ağdam işğal olunub: “Təcavüz səbəbindən ümumi ərazisi 1154 kv. km olan 138 yaşayış məntəqəsindən ibarət Ağdam rayonunun əksər hissəsi zəbt edilib və oranın əhalisi etnik təmizləməyə məruz qalıb. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. İşğal nəticəsində 122 yaşayış məntəqəsi, 24 min 446 yayayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr və s. talan və məhv edilib. Ağdamın müdafiəsi zamanı döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Ağdamın futbol klubu olan “Qarabağ” isə dünya miqyasında didərgin düşmüş komandaların olduqca nadir misallardan birinə çevrilib. Hazırda 200 min nəfər rayon sakinindən 153 min nəfərdən artıq şəxs Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

İşğal edilmiş ərazilərdəki çoxsaylı tarixi abidələrin xeyli hissəsi məhv olmağa, zahiri görkəminin süni dəyişdirilməsinə və qanunsuz arxeoloji qazıntılara məruz qalıb. Onların arasında Ağdam şəhərinin yaxınlığında e.ə. II minilliyə aid Üzərliktəpə abidəsi, Kəngərli kəndindəki VI əsrə aid məbəd və XIV əsrə aid türbə ilə daş abidələri, Xaçındərbənd kəndindəki 1314-cü ilə aid Qutlu Sarı Musaoğlu türbəsi, XVIII-XIX əsrlərdəki Qarabağ xanlığının mirası Şahbulaq qalası, xan sülaləsinin imarəti və məqbərələri və s. qeyd oluna bilər. Ağdamda məşhur Çörək Muzeyi darmadağın edilib, Cümə məscidi tövləyə çevrilib. Bu torpaqların əzəli Azərbaycan əhalisi barədə izlərin silinməsi məqsədilə, işğalçılar tərəfindən Ağdam şəhəri adının da belə dəyişdirilməsi Ermənistanın güddüyü məqsədlərini açıq-aşkar nümayiş etdirir.

1993-cü ilin aprelində Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması üzrə təxirəsalınmaz tədbirlər barədə cədvəlin hazırlanması tapşırılıb. Lakin ATƏM-in (hazırda ATƏT) Minsk Konfransının sədri Mario Raffaellinin 27 iyul 1993-cü il tarixli hesabatında qeyd olunduğu kimi, 22-23 iyul 1993-cü il tarixlərində ATƏM-in Minsk Konfransı 9 iştirakçı ölkəsinin bu məqsədlə Romada keçirdiyi iclas zamanı ermənilər, əvvəlcədən Ağdamı işğal etmək niyyətində olmadıqlarını vəd etsələr də, bu addımı atdılar.

Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏM-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 29 iyul 1993-cü il tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər yenicə işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi buna da tabe olmaqdan yayındı.

Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinin hələ o mərhələdə nizama salınmasına dair siyasi fürsətlərdən istifadə etməyə, buna dair yekdilliklə qəbul edilmiş BMT qərarlarının yerinə yetirilməsinə imkan verilməyib və yeni-yeni Azərbaycan ərazilərinin işğalı nəticəsində hazırkı ağır vəziyyət yaradılıb. M.Raffaellinin hesabatında bildirildiyi kimi, “güc yolu ilə işğal olunmuş ərazilərdən qoşunların dərhal çıxarılması sülh danışıqlarının irəli aparılması üçün ən mühüm amildir”. Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqe sayəsində həmin başlıca şərtə əməl olunmaması münaqişənin bu günədək nizama salınmamış qalmasının əsas səbəbi olaraq qalır.

İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir.

Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.

Ermənistan nəhayət başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz və işğala əsaslanan status-kvo Ermənistanın özünü təcridinin və bugünkü sistematik sosial-iqtisadi və demoqrafik böhranının əsas səbəblərindəndir. Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, Ağdam, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin şəksiz ayrılmaz hüququdur.

Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərinin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır”.

Previous Post

XİN Ağdamın işğalının 25-ci ildönümü ilə əlaqədar açıqlama yaydı

Next Post

Gürcüstanın işğal altındakı ərazilərinə qanunsuz səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post
Gürcüstanın işğal altındakı ərazilərinə qanunsuz səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Gürcüstanın işğal altındakı ərazilərinə qanunsuz səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Gürcüstanın işğal altındakı ərazilərinə qanunsuz səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Gürcüstanın işğal altındakı ərazilərinə qanunsuz səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Son xəbərlər

Qəzzada razılaşma əldə edildi! Tramp elan etdi

Qəzzada razılaşma əldə edildi! Tramp elan etdi

31 İyul 2026 - 10:19
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

31 İyul 2026 - 10:10
Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edildi

Prezident İlham Əliyev Qarabağın bərpasına dəstəyə görə qırğız həmkarına təşəkkür edib

31 İyul 2026 - 10:03
Milli Məclisin sədri Cənubi Afrika Respublikasına səfərə gəlib

Milli Məclisin sədri Cənubi Afrika Respublikasına səfərə gəlib

31 İyul 2026 - 09:55
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub – YENİLƏNİB

Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub – YENİLƏNİB

31 İyul 2026 - 09:47
Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan mühüm iştirakçıya çevrilib

Azərbaycan Prezidenti: İmzalanan sənədlər paketi əməkdaşlığımızın nə qədər geniş sahələri əhatə etdiyini göstərir

31 İyul 2026 - 09:40
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib

Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib

31 İyul 2026 - 09:29
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – “Manas” ordeni ilə təltif edib

Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – “Manas” ordeni ilə təltif edib

31 İyul 2026 - 09:20
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb

31 İyul 2026 - 09:11
Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiqlədi

Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir

31 İyul 2026 - 08:54
Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib

Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib

31 İyul 2026 - 08:30
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

30 İyul 2026 - 23:54
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

30 İyul 2026 - 23:51
ABŞ İrana görə beş şirkəti “qara siyahı”ya salıb

ABŞ İrana görə beş şirkəti “qara siyahı”ya salıb

30 İyul 2026 - 23:49
Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

30 İyul 2026 - 20:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.