Xersonda bir ilk: Yenilməzlik nöqtələri

39

Elchi.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Zelenski Xersonda ilk dəfə açılan və İlon Maskın Starlink peyk internet bağlantısına sahib olan Yenilməzlik Nöqtələri ilə bağlı açıqlama verib.
Ukrayna prezidenti Zelenski dünən axşam prezident Ərdoğanla etdiyi telefon danışığından əlavə, Xersonda ilk dəfə açılan və İlon Maskın Starlink peyk internet bağlantısına sahib olan Yenilməzlik Nöqtələri ilə bağlı açıqlamalar verib.
Ukrayna prezidenti Vladimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanla dünən keçirdiyi telefon danışığı ilə bağlı bunları deyib;
“Biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla taxıl sazişinin uzadılmasından məmnunluğumuzu danışdıq. “Ukrayna taxıl təşəbbüsümüzü dəstəklədiyiniz üçün təşəkkür edirik.” Ukrayna ərzaq sabitliyinin qarantı olmağa davam edəcək. Cənab Ərdoğanla təhlükəsizlik və enerji əməkdaşlığını da müzakirə etdik”.
Zelenski dünən axşam saatlarında xalqa gündəlik müraciətini də edib və Ukraynanın enerji infrastrukturunun son vəziyyəti ilə bağlı açıqlamalar verib. Enerji infrastrukturu üzərində işlədiklərini deyən Zelenski, ölkə daxilində fövqəladə halların azaldığını bildirib. Zelenski bildirib ki, enerji kəsintiləri daha çox Kiyev, Odessa, Vinnitsa və Ternopil vilayətlərində, Ukraynanın 18 regionunda isə enerji çatışmazlığı yaşanır.

Şayəstə