Xerson “ölüm şəhəri”nə çevrilir: Ruslar hər yeri minalayır

80

Rus işğalçıları Xersonda hər şeyi, o cümlədən mənzilləri minalayırlar. Şəhəri xarabalığa çevirmək istəyirlər.

Elchi.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Rusiya Xersonu “ölüm şəhəri”nə çevirmək istəyir. Rusiya hərbçiləri bacardıqları hər şeyi minalayırlar: mənzillər, kanalizasiyalar. “Rus dünyası” belədir. Gəldilər, qarət etdilər, bayram etdilər, öldürdülər, xaraba qoydular və getdilər “, – o bildirib.