Rusiya ordusunun Xarkov şəhərinin Saltivka yaşayış məntəqəsinə raket hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Bu barədə Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.
O bildirib ki, hücum zamanı daha 42 nəfər yaralanıb:
“Həyatını itirənlərdən biri 13 yaşlı yeniyetmə oğlandır”.
Qeyd edək ki, avqustun 18-də Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərinin Saltivka yaşayış məntəqəsini atəşə tutub.
Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı
Makron Ukrayna və Rusiyanı enerji infrastrukturuna və Qara dənizdəki hədəflərə qarşı zərbələrlə bağlı moratoriuma razılaşmağa çağırıb. Elchi.az xəbər verir ki, Nyu-Yorkda...






















Son şərhlər