Xarici dövlətlərin fiziki və hüquqi şəxsləri Azərbaycan Respublikasının su hövzələrində balıq və digər su bioresurslarından istifadə edə bilərlər.
Elchi.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, xarici dövlətlərin fiziki və hüquqi şəxsləri Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə digər beynəlxalq hüquq normalarına uyğun olaraq istifadə edirlər. Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından istifadə haqqı və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.





















