"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Xankəndi üzərində suveren hüquqlarımızı bərpa edə bilərik”

12 May 2021 - 21:39
in XƏBƏR LENTİ
FacebookVatsap

Qüdrət Həsənquliyev: “İqtidar Rusiyadan qorxmur, reallıqları nəzərə alır və bizim mənafeyimizə cavab verməyən həmin reallıqları dəyişmək üçün Rusiya ilə davamlı işləyir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edirik

Bunu da oxuyun

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

– Qüdrət bəy, “fit müxalifəti” Lavrovun Bakı səfəri ilə əlaqədar iqtidarı Rusiyadan qorxmaqda və Rusiya tərəfindən idarə olunmaqda ittiham edən yeni bir kampaniya başladıb. Nə qədər haqlıdırlar?

– Mən hər zaman reallıqdan çıxış edərək deyirdim ki, torpaqlarımızı işğaldan azad etmək üçün danışıqları Rusiya ilə aparmalı və anlaşmalıyıq. Buna görə bəzi qərəzli adamlar hətta məni rusiyayönlülükdə suçlayırdılar. Reallıqla hesablaşmayanda bu reallıq adamları və dövlətləri əzib məhv edir. İqtidar Rusiyadan qorxmur, reallıqları nəzərə alır və bizim mənafeyimizə cavab verməyən həmin reallıqları dəyişmək üçün Rusiya ilə davamlı işləyir. Hesab edirəm Rusiya ilə qurulan düzgün işin nəticəsidir ki, biz işğal altındakı torpaqlarımızn 80%-ni azad etdik. Dediklərimdə nə qədər haqlı olmağıma hər kəs Azərbaycanı bizimlə eyni problemləri yaşayan Gürcüstan, Ukrayna və Moldova ilə müqayisə etməklə əmin ola bilər. Biz Rusiya ilə səmimi münasibətləri qoruyub saxlamaq və inkişaf etdirməklə Xankəndi üzərində də suveren hüquqlarımızı bərpa edə bilərik. Qərbdəki bəzi dairələr tərəfindən idarə olunan həmin qüvvələr sifarişlə qələbəmizin miqyasını kiçiltmək və Rusiya ilə münasibətləri gərginləşdirmək istəyirlər. Yeri gəlmişkən mənim bu fikirlərim o cür başa düşülməməlidir ki, nə iqtidarın Qarabağ siyasətindəki yalnış məqamları, nə də Rusiyanın Qarabağdakı fəaliyyətini tənqid etmək olmaz. Mən özüm bunu lazım olanda edirəm. Sadəcə etirazlar Rusiya ilə münasibətləri zədələmək, Qələbəmizin miqyasını kiçiltmək məqsədilə edilməməlidir. Hansı ki, “fit müxalifəti” bunu edir.

– İqtidara yönələn əsas ittihamlardan biri də odur ki, biz Rusiya hərbçilərini Qarabağa buraxmaqla həmin ərazilərdə suveren hüquqlarımızın bərpa olunması imkanlarını itirmişik. Bu barədə nə deyə bilərsiniz?

– Rusiya sülhməramlıları dövlətlərarası beynəlxalq müqavilə ilə Qarabağa, 5% torpaqlarımıza 5 il müddətinə sülhməramlı statusu ilə gəlib. Ermənilər isə 20 % torpağımıza “müddətsiz” gəlmişdilər. Rusiya Ermənistanı müdafiə etsəydi işğal uzun müddət davam edə bilərdi. Qərbin simpatiyası isə bu gün də işğalçı Ermənistan tərəfdədir və xalqmız da çoxdan buna əmin olub. Belə olan halda həmin fitlə hərəkətə keçənlər nə təklif edirlər? Rəhmətlik Vəfa müəllim kimi hər gün deyirlər ki, Rusiya bu gün-sabah dağılacaq. Bununla özlərini də biabır edirlər. Əgər Rusiya SSRİ kimi dağılacaqsa rus qoşunları da çıxıb gedəcək. Onda Şuşada, Laçında, Kəlbəcərdə, Hadrutda mövqe tutub Qarabağı azad etmək daha asan olmalıdır axı…
Düşünürsünüz fitçilər bunu başa düşmür? Bununla yanaşı, oturub Rusiyanın dağılmasını gözləmək nə qədər ciddi işdir?

Adı çəkiləndə həyacandan başları gicəllənən həmin fitçilər Saakaşvili haqqında 01 may 2021-ci il tarixdə YouYube-də yerləşdirilmiş “Гениальный реформатор!” (dahi islahatçı) sənədli filminə baxsınlar. Filmə bütünlüklə baxmağa hövsələsi çatmayanlar 20-23-cü dəqiqələri seyr etsinlər. Həmin filmdə Saakaşvili deyir ki, 2008-ci ilin əvvəlində biz Rusiyaya təklif etdik ki, ərazi bütövlüyümüz qarşılığında ordunuzu Gürcüstandan çıxarmayın və biz NATO-ya üzvülükdən və başqa məsələlərdən sizinlə müqavilə bağlamaqla imtina edirik, amma Rusiya razılaşmadı. Bunu ona görə xatırlatdım ki, insanlarımız Qarabağ məsələsində Prezidentin nə dərəcədə düzgün qərar qəbul etdiyinin fərqində olsun. Hazırda əsas işimiz o olmadır ki, Rusiya ilə əlaqələrimizi inkişaf etdirməklə onu ölkəmizin bütün ərazisində dövlət suverenliyimizin bərpa olunmasına mane olmamağa inandıraq. Rusiya ilə münasibətlərin inkişafı kiməsə qarşı yönəlmədiyindən Qərblə əlaqələrimizə də təsir etməməlidir.

– Qüdrət bəy, Qarabağın bərpa olunmasında Milli Məclisin rolunu necə görürsünüz?

– Hesab edirəm hökumətin Qarabağın bərpasına dair hər hansı planı varsa, yaxud olacaqsa o Milli Məclisdə müzakirə olunmalıdır. Çünki investisiya layihələrinə pul ayıran orqan Parlamentdir. Həm də deputatların təkliflərini hökumət üzvüləri dinləmək imkanı əldə edə bilər. Həm xalqımız, həm deputatlar Prezidentin və Birinci vitse-prezidentin yüksək zövqlü, strateji düşüncəyə sahib, yaradıcı şəxslər olduğunu bilir, amma bu əsas olmamalıdır ki, hökumət parlamenti proseslərdən kənarda saxlasın. Milli Məclisdə çoxluq Prezidentin partiyasına məxsus olsa da, Konstitusiyaya görə Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir. Ona görə də Milli Məclis öz vəzifələrini yerinə yetirməli, proseslərdən kənarda saxlanılmasına imkan verməməlidir. Parlamentin siyasi həyatda rolu artacaqsa yalnış qərarların olma ehtimalı azalacaq, eyni zamanda dövlətimizin beynəlxalq arenada nüfuzunun artmasına səbəb olacaq.

– Yazın gəlişi ilə mitinq çağırışları artmağa başlayıb. Bununla nəyəsə nail olmaq olarmı?

– Sərbəst toplaşmaq azadlığı demokratik cəmiyyətlərin əsas atributudur. Mitinqlər hansısa problemlərə görə hökumətə etiraz etmək məqsədilə çağırılırsa, ilk növbədə insanlar inanmalıdırlar ki, həmin nöqsanları aradan qaldırmaq üçün hökumətin imkanları var və etiraz aksiyaları ölkədə sabitliyin pozulmasına və mövcud vəziyyətin daha da pisləşməsinə səbəb olmayacaq. İkincisi, zərurət yarandıqda mitinqlər siyasi vəziyyəti düzgün qiymətləndirməyi bacaran, xarici dairələrin əlində oyuncaq olmayan, milli maraqlardan çıxış edən ciddi peşəkar siyasi qüvvələr tərəfindən çağırılmalıdır. Hazırda sosial şəbəkələr üzərindən mitinqə çağıranların heç biri bu keyfiyyətlərə malik deyil və məhz bu səbəbdən etiraz aksiyalarına çağırış edənlərin sayı mitinqə gələnlərin sayından çoxdur. O adamların çağırışına ailə üzvləri belə qoşulmur. Təxribatçı qüvvələr üçün isə artıq yer qalmayıb. İctimai asayiş və dövlət təhlükəsizliyi ciddi şəkildə və peşəkarlıqla qorunur.

Previous Post

“Xankəndi üzərində suveren hüquqlarımızı bərpa edə bilərik”

Next Post

ABŞ gizli ordusunu Rusiyaya qarşı yönəldir – Şerin

Bənzər yazılar

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

15 Oktyabr 2026 - 15:30

AQEM, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ASEAN və Şanxay Əməkdaşlıq Təşkilatı arasında koordinasiyanın gücləndirilməsi, şübhəsiz ki, qitə üzrə əlaqəliliyi...

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

15 Oktyabr 2026 - 12:53

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə anklav və eksklavların mövcudluğu, eləcə də ərazi mübadiləsi məsələsinə yenidən münasibət bildirib. Elchi.az...

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

15 Oktyabr 2026 - 12:48

Bu gün axşam saatlarında Bakıdan İrəvana təyyarənin uçacağı bildirilir. Elchi.az xəbər verir ki, bu barədə “Flightradar24” saytına istinadən məlumat yayıb....

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

15 Oktyabr 2026 - 12:04

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğız Respublikasında keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri...

Next Post

ABŞ gizli ordusunu Rusiyaya qarşı yönəldir - Şerin

ABŞ gizli ordusunu Rusiyaya qarşı yönəldir - Şerin

Son xəbərlər

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

15 Oktyabr 2026 - 19:29
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

15 Oktyabr 2026 - 19:09
Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr 2026 - 18:51
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43
COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

15 Oktyabr 2026 - 17:48
Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

15 Oktyabr 2026 - 17:35
Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

15 Oktyabr 2026 - 17:27
ADY-də qanvermə aksiyası keçirildi

ADY-də qanvermə aksiyası keçirildi

15 Oktyabr 2026 - 17:15
İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

15 Oktyabr 2026 - 17:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.