Artıq bir müddətdir ki, rus sülhməramlıların məsuliyyət zonasındakı qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi prosesi gedir.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Ədalət” fraksiyasının deputatı Metakse Akopyan mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, əvvəlcə “zabit heyətində”, daha sonra “aşağı heyətdə” ixtisarlar aparıldı, indi isə növbə “hərbi tibb heyətinə” çatıb:
“Xocavənd rayonundakı hərbi hospital artıq bağlanıb, əməkdaşlarına isə heç bir izahat verilməyib. Eyni hal Xankəndi hospitalında da yaşanır. Hansısa proses gedir, yəqin ki, tərk-silah edilirlər”.
Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik
Kreml Fransanın nüvə başlığı daşıya bilən ballistik raket sınağını Rusiya ilə qarşıdurmaya əsaslanan və dalana dirənən bir strategiya kimi qiymətləndirib....





















Son şərhlər