“Ata qızına Leksus aldı” adı ilə internetə yüklənən bu video-çarx qısa müddətdə bir milyona yaxın izlənib.
Avtosfer.az videonu internetə yükləyən istifadəçiyə istinadla bildirib ki, hadisə müşahidə kamerasının yaddaşına köçüb. Sığorta ilə məşğul olan dostunun vasitəsilə əldə etdiyi videonu internetə yüklədiyini yazan şəxs qeyd edib ki, tamamilə yeni “Leksus”un sükanı arxasında qız olub:
“Salondan alınan, hətta zavod qoruyucu polietilenini çıxartmağa vaxt tapılmayan avtomobilin qəzasında xoşbəxtlikdən heç kim zərər çəkməyib. Təhlükəsizlik yastığı işlədi”.