Deputat Fatma Yıldırım onun adından yayılan fikirlərin həqiqəti əks etdirmədiyini deyib.
Elchi.az xəbər verir ki, bu barədə Modern.az-a danışan deputat qeyd edib ki, dünəndən sosial şəbəkələrdə onun adı ilə həqiqəti əks etdirməyən, feyk xəbərlər paylaşılır:
“Diqqətinizə çatdırmaq istəyirəm ki, şəxsim mövzusunda heç bir jurnalistə müsahibə verməmişəm. Adımdan heç bir mənbəyə əsaslanmayan və sosial şəbəkələrdə paylaşılan böhtan xarakterli məlumatlar tamamilə yalandır! Bu gün başlıca hədəfimiz Ermənistanın təxribatçı əməllərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olmaq, düşmənin törətdiyi təxribatların qarşısını alarkən canlarını qurban vermiş şəhidlərimizin ailələrinin və yaralılarımızın yanında olmaq, ən əsası isə dövlətçiliyimizin keşiyində dayanmaqdır!”