Məşhur azərbaycanlı xanəndə Ehtiram Hüseynov “Əməkdar artist” fəxri adına layiq görülüb.
ELCHİ.az xəbər verir ki, xanəndə muğam sənətinin inkişafında göstərdiyi xidmətlərə görə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti adına layiq görülüb. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Sərəncam imzalayıb.