"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq”

14 İyun 2023 - 16:50
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Heydər Əliyev XX əsrdə xalqımızın içərisindən çıxan, dərin zəkası və idarəetmə istedadı ilə seçilən nadir və ən böyük dövət adamı və tarixi şəxsiyyətdir”
XX-ci əsr bütün ağrı-acılarına və uğursuzluqlarımıza rəğmən xalqmızın tarixində müstəqil dövlət qurmağa, 2 il sonra müstəqilliyimizi itirsək də, onu yenidən bərpa etməyə nail olduğumuz üçün əlamətdardır. Heydər Əliyev XX əsrdə xalqımızın içərisindən çıxan, dərin zəkası və idarəetmə istedadı ilə seçilən nadir və ən böyük dövət adamı və tarixi şəxsiyyətdir.
Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin iyunun 14-də keçirilən plenar iclasında deyib.
BAXCP sədri qeyd edib ki, XX-ci əsrin 80-ci illərində Azərbaycan növbəti dəfə torpaq itirmək təhlükəsi ilə üz-üzə qalanda, ölkəmizdə Qarabağı xilas etmək üçün, sonradan milli azadlıq hərəkatına çevrilən, böyük xalq hərəkatı yarandı: “Amma sovet hakimiyyəti illərində insanların siyasətdən uzaq tutulması və onların totalitar bir rejimdə, qorxu mühitində formalaşması, xalqımızın rüşvətxor və istismarçı məmur təbəqəsinə nifrəti siyasi və idarəetmə təcrübəsinə malik güclü şəxsləri hərəkatın önünə çıxarmağa imkan vermədi. Heydər Əliyev 70-ci illərdə elmin, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı üçün xeyli işlər görsə də xalqımızın sosial inkişaf indeksi arzuladığımız səviyyədə deyildi. Azərbaycan Kommunist Partiyasının qorxaq və Moskvaya sadiq müti rəhbərləri, kiçik istisnalarla əksəriyyəti yazıq duruma salınmış ziyalılar xalq hərəkatından uzaq dayandı. Bunun nəticəsi olaraq vətənpərvər gəncliklə yanaşı, hərəkata cəmiyyətin xeyli tör-töküntüsü də qoşuldu, onların bir çoxu önə çıxdı və belələrinin səriştəsizliyindən istifadə edərək Moskvaya bağlı çoxlu agent hərəkatdan doğan AXC-nin rəhbərliyinə soxuldu. AXC rəhbərliyində başlayan, yaxud başladılan və kənardan qızışdırılan intiriqalar, yanlış qərarlar,bəzən qərarsızlıq qısa müddətdə hərəkatı xalqın gözündən saldı, onu xalqın dəstəyindən məhrum etdi. AXC rəhbərliyindəki didişmələr, iddialar, təkəbbürlülük, səriştəsizlik, ordakı agentlər 20 Yanvar faciəsinin qarşısını almağa imkan vermədi. Mürəkkəb tarixi şəraitdə hakimiyyətə gələn AXC sədri Əbülfəz Elçibəy qısa müddət sonra anladı ki, mövcud şəraitdə dövləti idarə etmək üçün böyük idarəetmə təcrübəsinə malik güclü dövlət adamına ehtiyac var. Dərhal gözlər AXC-yə ciddi dəstək vermiş, SSRİ-nin saxlanılmasının əleyhinə səs vermiş istiqlalçı deputat Heydər Əliyevə dikildi. 1993-cü ilin iyununda Gəncədə başlayan qiyamın yatırılması üçün edilən ilk cəhd uğursuzluğa düçar olan kimi, son dərəcə üzücü olsa da, deməliyəm ki, siyasi hakimiyyət depressiyaya düşdü və ümidsizlik içərisində son ümid kimi Heydər Əliyev Bakıya, siyasi hakimiyyətə dəvət edildi. Sov.İKP-nin Siyasi Büro üzvü olmuş, SSRİ-də siyasi hakimiyyətin zirvəsinə yüksəlmiş, Kremlin güclü və zəif cəhətlərini, regionda və dünyada baş verənləri dərindən bilən, xalqımızı yaxşı tanıyan, onun mentalitetinə yaxından bələd olan Heydər Əliyev hakimiyyətə gələndən sonra pozucu qüvvələri cilovladı, siyasi istiqrarsızlıqdan istifadə edərək torpaqlarımızı işğal edən Ermənistanın hücumlarını dayandıra bildi, Azərbaycan MDB və KTMT-yə üzv oldu, bölgədə marağı olan böyük güclər arasında balans yaradaraq onları Azərbaycanda sabitliyin olmasında maraqlı etdi, Ermənistanla atəşkəsə nail oldu. Ədalət naminə onu da deməliyəm ki, Əbülfəz Elçibəy hakimiyyəti Heydər Əliyevə təhvil versə də prezident vəzifəsindən istefa verməməklə Heydər Əliyevə olan xarici təzyiqləri xeyli azaltdı, müstəqilliyimizin qorunmasında ona dəstək oldu. Heydər Əliyev ölkənin şimalında, şimal-qərbində, cənubunda baş qaldırmış etnik seperatizmin, vətəndaş qarşıdurmasının qarşısını aldı, ayrı-ayrı şəxslərə bağlı silahlı dəstələrin fəaliyyətinə son qoyuldu. Dövlət intizamı,qanunçuluq böyük intellekt, səbr və gərgin əmək sayəsində bərpa olundu. Bu zaman Heydər Əliyevə qarşı terror və qiyam cəhdləri oldu, amma o, Allahın da köməyi ilə bu təhlükələri adlatdı, ölkəmizi qorudu, onu dinc inkişaf yoluna çıxardı. Ölkəmizin təhlükəsizliyinə, Qarabağı azad edəcək Ordu quruculuğuna əsas təminatlardan ən mühümü olan “Əsrin müqaviləsi”ni Qərbin nüfuzlu transmilli neft şirkətləri ilə imzalamağa nail oldu, yeni konstitusiya qəbul edildi, dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyev ölkəmizi və dövlətimizi böyük təhlükələrdən qoruyub inkişaf yoluna çıxarmaqla adını xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Yüksək insani keyfiyyətlərə malik Heydər Əliyev tariximizi, mədəniyyətimizi mükəmməl bilirdi. O, çoban Xanışla təmaslarında nə qədər səmimi və sərbəst idisə Putinlə, Buşla, digər dünya liderləri ilə görüşlərində bir o qədər özgüvənli idi. Hamı ona hörmətlə yanaşırdı. Xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq. Onun hüquqi dövlət və mülki cəmiyyət quruculuğu istiqamətində başlatdığı işlərin uğurla sonuclanması üçün səylərimizi artırmalıyıq. Heydər Əliyev siyasi mədəniyyətin, dövlət ədəb-ərkanının bir çox nümunələrini yaratdı. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun!”

Bunu da oxuyun

Tramp: “İran nüvə silahına sahib olmayacaq”

İrandan ABŞ-a sərt təhdid: “Qorxu və dəhşətlə gözləyin”

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Previous Post

“Xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq”

Next Post

İranda ayətullahı qətlə yetirən şəxsə edam cəzası verilib

Bənzər yazılar

Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

Tramp: “İran nüvə silahına sahib olmayacaq”

31 Avqust 2026 - 11:43

ABŞ Prezidenti Donald Tramp İrana iqtisadi təzyiqin işə yaradığını bildirərək əlavə edib ki, "İranın nüvə silahı olmayacaq". Elchi.az xəbər verir ki, Fox...

İrandan ABŞ-a sərt təhdid: “Qorxu və dəhşətlə gözləyin”

İrandan ABŞ-a sərt təhdid: “Qorxu və dəhşətlə gözləyin”

31 Avqust 2026 - 10:13

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi ABŞ-ın İranın Lark adasına hücumundan sonra qisasla hədələyib. Əzizi...

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

30 Avqust 2026 - 19:54

Milli Hidrometeorologiya Xidməti avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

30 Avqust 2026 - 19:53

Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində gözlənilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Baş Dövlət...

Next Post
İranda ayətullahı qətlə yetirən şəxsə edam cəzası verilib

İranda ayətullahı qətlə yetirən şəxsə edam cəzası verilib

İranda ayətullahı qətlə yetirən şəxsə edam cəzası verilib

İranda ayətullahı qətlə yetirən şəxsə edam cəzası verilib

Son xəbərlər

Azad edilmiş ərazilərdə ötən ay 481 mina, 1621 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb

31 Avqust 2026 - 12:28
Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

31 Avqust 2026 - 12:20
“Qarabağ” Dani Boltla yollarını ayırdı

“Qarabağ” Dani Boltla yollarını ayırdı

31 Avqust 2026 - 12:12
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

31 Avqust 2026 - 12:09
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

31 Avqust 2026 - 11:55
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

31 Avqust 2026 - 11:47
Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

Tramp: “İran nüvə silahına sahib olmayacaq”

31 Avqust 2026 - 11:43
Bazar günü Bakıya yağış yağacaq – XƏBƏRDARLIQ

Sentyabrda aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq – PROQNOZ

31 Avqust 2026 - 11:31
NİİM valideynlərə müraciət edib

DYP yağışlı havada sürət həddi ilə bağlı müraciət edib

31 Avqust 2026 - 11:23
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib

31 Avqust 2026 - 11:17
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 794-ə çatıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 794-ə çatıb

31 Avqust 2026 - 11:14
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir

Prezident İlham Əliyev Malayziya Kralını təbrik edib

31 Avqust 2026 - 11:10
Prezident İlham Əliyev Sadır Japarovu təbrik edib

Prezident İlham Əliyev Sadır Japarovu təbrik edib

31 Avqust 2026 - 11:06
Sumqayıtda sexdə yanğın oldu – VİDEO

FHN: Ötən həftə 751 yanğına çıxış olub, 43 nəfər xilas edilib – VİDEO

31 Avqust 2026 - 11:00
İran ABŞ PUA-sını vurduğunu açıqladı

İran ABŞ PUA-sını vurduğunu açıqladı

31 Avqust 2026 - 10:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.