“2024-cü ilin yanvarında X sosial şəbəkə trafiki aylıq 3,3 milyard istifadəçiyə yüksələrək rekord həddə çatıb”.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu sözləri X sosial şəbəkəsinin sahibi İlon Mask özünün X mikrobloqunda qeyd edib.
İlon Maskın 3 aprel 2024-cü ildə dərc etdiyi qrafik sosial şəbəkə trafikinin illər ərzində necə dəyişdiyini göstərir. Həmin qrafikə görə, “X”-in trafiki 2022-ci ilin sonunda Muak sosial şəbəkəni satın aldığı zaman kəskin şəkildə artıb. Milyarderin bu xidməti alması zamanı X-in (keçmiş Twitter) 1 milyarda yaxın istifadəçisi var idi.
Mask paylaşımında X trafikinin rekord həddə çatdığını deyib. Onun paylaşımı 24 saatdan az müddətdə 12 milyona yaxın baxış, 87 000 bəyənmə və 8 000 repost olub.
Yeganə