Fransada xərçəng diaqnozu qoyulduqdan sonra burnunu itirən qadının qolunda yeni burun böyütdü və sonradan ona köçürüldü.
Elchi.az xəbər verir ki, Fransada yaşayan 50 yaşlı Karin sinus xərçənginə görə 2013-cü ildə burnunun bir hissəsini çıxartmalı olub.
Əməliyyatdan sonra iybilmə qabiliyyətini itirən Karin görünüşündən utandığı üçün evinə qapanmağa başlayıb.
Tibb elminin qeyri-adi səyləri ilə həkimlər Karinin köməyinə gəldilər və onun qolundakı qığırdaq üzərində biomaterial 3D çap üsulu ilə yeni burun yetişdirməyə nail oldular.
Şayəstə