“The Washington Post”un nəzəriyyəçisi Fərid Zəkəriyyə öz məqaləsində qeyd edib ki, “Brexit”dən sonra Böyük Britaniya heç bir siyasi çəkisi olmayan ada dövlətinə çevrilib.
Elchi.az xəbər verir ki, Zəkəriyyənin sözlərinə görə, Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxdıqdan sonra ölkə iqtisadiyyatı biznes investisiyalarından tutmuş ixrac və məşğulluğa qədər demək olar ki, bütün göstəricilərdə rəqiblərindən geri qalmağa başlayıb.
Jurnalist yazır: “Böyük Britaniya Avropa sahillərindən təcrid olunmuş, müstəqil əhəmiyyətə malik olmaq və ya tərəfdaşlarla münasibətlərdə gündəm yaratmaq üçün kifayət qədər çəkisi olmayan orta ada dövlətinə çevrilib”.
O, ingilislərin aldandıqlarını hiss etdiyini vurğulayıb. Son rəy sorğusuna görə, Böyük Britaniya əhalisinin əksəriyyəti Aİ-dən çıxmağın pis fikir olduğunu düşünür.
Yeganə