"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Vəzifəli şəxslərin məsuliyyəti müəyyənləşdi — Yeni qanunun detalları

16 Noyabr 2017 - 13:24
in SİYASƏT
FacebookVatsap
Vəzifəli şəxslərin məsuliyyəti müəyyənləşdi
Azərbaycanda beynəlxalq cinayətlərin qarşısının alınmasına görə vəzifəli şəxslərin məsuliyyəti müəyyənləşib.

Elchi.az-ın Report-a istinadən xəbərinə görə, bu, yeni hazırlanan “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsində əksini tapıb.

Bunu da oxuyun

Sərkisyandan soruşurdum ki, nə baş verib… – Zülfüqarov

XİN: Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir

Səfir: Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri möhkəmlənməyə davam edəcək

Qanun layihəsinin 13-cü (Rəislərin və digər vəzifəli şəxslərin məsuliyyəti) maddəsində deyilir:

Rəis və ya rəis qismində fəaliyyət göstərən şəxs onların rəhbərliyi və ya səmərəli nəzarəti altinda olan silahlı qüvvələrə lazımınca nəzarəti həyata keçirməməsi nəticəsində törədilmiş beynəlxalq cinayətlərə görə aşağıda göstərilənlər nəzərə alınmaqla məsuliyyət daşıyırlar:

1. rəis və ya rəis qismində fəaliyyət göstərən şəxs onların rəhbərliyi və ya səmərəli nəzarəti altında olan silahlı qüvvələrin bu qanunda nəzərdə tutulan cinayətləri törətməsi haqqında məlumatlı idi və ya mövcud şəraitdə belə cinayətləri törətmək niyyətinin olması haqqında məlumatlı olmalı idi,

2. rəis və ya rəis qismində fəaliyyət göstərən şəxs onların səlahiyyətləri çərçivəsində bu qanunda nəzərdə tutulan cinayətlərin qarşısının alınması və ya cinayət təqibi məqsədləri üçün məsələnin səlahiyyətli orqanlara verilməsi üçün zəruri tədbirləri görmədikdə.
3. rəis və ya rəis qismində fəaliyyət göstərən şəxs onların rəhbərliyi və ya səmərəli nəzarəti altında olan silahlı qüvvələr üzərində lazımi qaydada nəzarəti hayata keçirməməsi nəticəsində həmin qüvvələrin bu qanunda nəzərdə tutulan cinayətləri törətməsi və ya törətmək niyyətində olduqlarını bilirdi və ya belə niyyət haqqında məlumatlara qəsdən əhəmiyyət vermədikdə.

Qanunun 14-cü (Əmrin icrası ilə bağlı məsuliyyət) maddəsində isə qeyd olunur: Bu qanunda nəzərdə tutulan cinayətlərin törədilməsi rəis və ya rəis qismində fəaliyyət göstərən şəxslərin əmrləri beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir və cinayət məsuliyyətindən azad edən yaxud cəzanı yünğülləşdirən hal kimi qiymətləndirilə bilməz.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmrin icrası aşağıda göstərilmiş hallarda cinayət məsuliyyətindən azad edir:

1. əmri yerinə yetirmək şəxsin qanunla müəyyən edilmiş vəzifə səlahiyyətlərinə daxil edilmişdirsə;

2. əmr açıq-aşkar qeyri-qanuni olmamışdırsa;

3. əmrin qeyri-qanuni olması barədə şəxsin məlumatı olmadıqda.

12-ci (Beynəlxalq cinayətlərə görə müddətlərin tətbiq edilməməsi) maddədə isə bildirilir:

Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq təcavüz, soyqırım, insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə və etnik təmizləməyə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə və ya ittiham hökmünün icrası müddətləri tətbiq edilmir.

Beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən və Azərbaycan Respulikasının ərazisində tutulan şəxslərə münasibətdə onların hüquqi statusundan asılı olmayaraq, vəzifə səlahiyyətlərinə istinad cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi üçün əhəmiyyət kəsb etmir və cinayət məsuliyyətindən azad edən və ya cəzanı yüngülləşdirən hal qismində qəbul edilə bilməz.

Milli qanunvericiliyə və ya beynəlxalq hüquq normalarına əsasən şəxsin vəzifə səlahiyyətləri ilə bağlı olan immunitetlər belə şəxs barəsində beynəlxalq cinayətin törədilməsində görə Azərbaycan Respublikasının cinayət yurisdiksiyasının həyata keçırılməsinə maneə törətmir.

Previous Post

Vəzifəli şəxslərin məsuliyyəti müəyyənləşdi — Yeni qanunun detalları

Next Post

Sabah hava necə olacaq?

Bənzər yazılar

Sərkisyandan soruşurdum ki, nə baş verib… – Zülfüqarov

Sərkisyandan soruşurdum ki, nə baş verib… – Zülfüqarov

28 Avqust 2026 - 14:52

Aram Sərkisyan hansısa müxalif partiyanın rəhbəri idi. Onun konkret vəzifəsi yox idi, ictimai təşkilatı təmsil edirdi. Orada qeyri-rəsmi görüşlər keçirilirdi....

Azərbaycan XİN Ekvadoru təbrik etdi

XİN: Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir

28 Avqust 2026 - 11:21

28 avqust - Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamın 34-cü ildönümüdür. Elchi.az xəbər...

Səfir: Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri möhkəmlənməyə davam edəcək

Səfir: Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri möhkəmlənməyə davam edəcək

28 Avqust 2026 - 10:55

Türkiyənin Zəfər Bayramı münasibətilə Bakıda Türk şəhidliyi ziyarət edilib. Elchi.az xəbər verir ki, Türkiyə səfiri Birol Akgün, səfirliyin nümayəndələri və bir...

Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

27 Avqust 2026 - 19:56

İran xalqının bütün qanuni hüquqları rəsmən tanınmalıdır. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qətər Dövlətinin...

Next Post

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Son xəbərlər

Türkiyə PUA-sı Yunanıstanın hava məkanını pozdu: F-16-lar havalandırıldı

Türkiyə PUA-sı Yunanıstanın hava məkanını pozdu: F-16-lar havalandırıldı

28 Avqust 2026 - 17:06
“Rusiya danışıqlar dövründə atəşkəs elan etməyəcək” – Lavrov

“Rusiya danışıqlar dövründə atəşkəs elan etməyəcək” – Lavrov

28 Avqust 2026 - 16:58
İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

28 Avqust 2026 - 16:46
Avropa Liqası: “Beşiktaş”ın rəqibləri bilinib

Avropa Liqası: “Beşiktaş”ın rəqibləri bilinib

28 Avqust 2026 - 16:25
Kəlbəcərə diametri 15–20 mm olan dolu yağıb – FAKTİKİ HAVA

Kəlbəcərə diametri 15–20 mm olan dolu yağıb – FAKTİKİ HAVA

28 Avqust 2026 - 16:17
Azərbaycanın yeni daimi nümayəndəsi etimadnaməsini UNESCO-nun baş direktoruna təqdim edib

Azərbaycanın yeni daimi nümayəndəsi etimadnaməsini UNESCO-nun baş direktoruna təqdim edib

28 Avqust 2026 - 16:11
Suriya Prezidenti kürd lideri özünə müşavir təyin edib

Suriya Prezidenti kürd lideri özünə müşavir təyin edib

28 Avqust 2026 - 16:00
“Özümü birbaşa efirdə öldürəcəyəm”-Panikada olan saxta “beynəlxalq hüquq müdafiəçisi” intihar şantajına keçdi – VİDEO

“Özümü birbaşa efirdə öldürəcəyəm”-Panikada olan saxta “beynəlxalq hüquq müdafiəçisi” intihar şantajına keçdi – VİDEO

28 Avqust 2026 - 15:58
Bu binalar sökülə bilər

Bu binalar sökülə bilər

28 Avqust 2026 - 15:45
Bu tələbələr təhsil haqqı ödəməyəcək

Bu tələbələr təhsil haqqı ödəməyəcək

28 Avqust 2026 - 15:16
Tramp özünü ABŞ tarixinin “ən böyüyü” elan etdi

Tramp özünü ABŞ tarixinin “ən böyüyü” elan etdi

28 Avqust 2026 - 15:00
Sərkisyandan soruşurdum ki, nə baş verib… – Zülfüqarov

Sərkisyandan soruşurdum ki, nə baş verib… – Zülfüqarov

28 Avqust 2026 - 14:52
Baş nazirdən bu qanunla bağlı tapşırıq

Baş nazirdən bu qanunla bağlı tapşırıq

28 Avqust 2026 - 14:44
Nigar Fərhad sərbəst buraxıldı

Nigar Fərhad sərbəst buraxıldı

28 Avqust 2026 - 14:30
“Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

“Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28 Avqust 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.