"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

VƏTƏNi dala bənzətmə…

24 İyul 2017 - 23:47
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Bitmir, tükənmir. Əslində bilirdim, gözləyirdim ki, nələrsə olacaq. Nədənsə inanmırdım, inanmaq istəmirdim bu qədər iyrənc və eybəcər oynanılacaq oyunlar. Bu qədər ikrah doğuracaq hər şey. Belə xəbisliklər ortaya çıxacaq. Okeanın o tayından kişilənənlər siyahı tutub da Azərbaycan dövləti adından ölkə başçısı İlham Əliyevin jurnalistlərə təqdim etdiyi mənzilləri alanlara ləkə vurmağa çalışacaqlar. İllərini, həyatını mətbuatdan başqa heç nəyə həsr eləməyənlərin yeddi arxa döyənlərini ev aldıqlarına görə gordan çıxarıb söyəcəklər. Adamın inanmağı gəlmir ki, ölkədə siyasi mübarizə artıq fərdlər arasında abırsız küçə adamlarının qovğası həddinə enib. Və sən kənardan nə qədər abrınla-həyanla cavab verirsən ver xeyri yoxdur. Kimsə səni eşitmir. Çünki küçə davasıdır, küçə…sənsə küçə uşağı deyilsən…Təəssüfmü, təəccübmü ediləsi durumdur, onu da bilmirsən. Bircə bildiyin bu ki, adamın lap uca bir yerə çıxıb bərkdən qışqırmağı gəlir. İstəyirsən deyəsən ki…

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

-Adamlar heeeeyyyy, ayyy adamlaaarrr, bu qədər iyrənc oyunları haradan öyrəndiniz?!.. Bu qədər nifrətlə necə yaşaya bilirsiniz?!..

Amma yenə də şoğərib abrın mane olur, susursan. Sakitcə yazırsan, bəlkə dinə-imana, insafa gələn oldu deyə ümid eləyirsən.

İyirmi dörd illik jurnalist fəaliyyətim müddətində Azərbaycan dövləti adından prezident İlham Əliyevin mənə bağışladığı mənzil ilk və yeganə dövlət mükafatımdır. İndiyə qədər kimsənin diplomunu, fəxri adını, tutduğu postu, media günü münasibəti ilə dəvətli olduğu tədbirləri müzakirə eləməmişəm. Niyə yoxam, niyə kənarda saxlanıldım davası döyməmişəm. Nə əxlaqıma, nə ailə, nə də peşə tərbiyəmə uyğun bilməmişəm bunu. Hər kəsi təbrik eləmişəm cani-könüldən. Səbirlə işimi görüb, peşəmi daha yaxşı mənimsəməklə məşğul olmuşam. Düşünmüşəm ki, mənim də zamanım gələcək, məni də dövlətim görüb dəyərləndirəcək. O gün gələndə bunu hamıdan qabaq hiss eləyəcəm, intuitiv olaraq. Yox əgər bir ömür yaşayıb jurnalistika ilə məşğul olsam və o gün gəlməsə, deməli mən dövlətə, vətənə layiq olmamışam, səmimi deyirəm, inanan da var olsun, inanmayan da.

Həmin təqdimat mərasimində bəlkə cəmi bir-iki adam bilmirdi alacağı mənzilin hansı kvadraturada olmasını. Onların biri mən idim. Çünki prezidentin məni dövlət adından mənzillə mükafatlandırması xəbərini verən rəsmi şəxsdən bunu soruşmağa utanmışdım. Daha dəqiqi heç ağlıma də gəlməmişdi soruşum. Bəlkə çox sadəlöhv, ya da çoxbilmiş deyəcək kimsə mənə, amma əmin olun heç biri deyil, sadəcə abrını gözləyən adamın reaksiyasıdır. Mənə görə önəmlisi o idi ki, həyatımın vacib hadisəsi baş verib. Lap mənzilim bircə otaqdan ibarət olsa belə həyatımı büsbütün dəyişdirəcəkdi. Tanıyanlar bilir, obyektiv bildiyimi yazmışam, qərəzim, kinim, nifrətim olmayıb. Fərdlərə, dövlətə, vətənə qarşı vicdan prinsipini əsas tutmuşam. Mənə nifrəti olduğunu bidiyim insanlardan yazanda belə ədalət hissimi itirməməyə çalışıram. Bunu bəzən yarınmaq kimi dəyərləndiriblər. Mənsə arın-arxaylın olmuşam. Çünki gündə azı iki dəfə güzgüyə baxan biri kimi özüm özümdən utanmamışam daxili hesabatımda. Vicdanım rahat olub.

Bütün bu yazdıqlarım mənəm-mənəmlik azarı deyil. Çox istedadlı bildiyim bir karikaturaçı rəssamın, Gündüzün mən və mənim kimi onlarla jurnalistə çəkdiyi “DAL” karikaturasına baxa-baxa içimdən keçənlərdir söylədiklərim. Düşünürəm olar, yəni o mənzilləri alan bizə və hakimiyyətə ikrahı, kini ola bilər adamın. Bəs məntiqlə düşünəndə o dal kimindir? Çünki bizə ev mükafatını fərd olaraq bu gün Azərbaycan dövlətinin başında duran prezident İlham Əliyev təqdim edib. Amma bu onun öz əmlakı yox Azərbaycan dövləti, dolayısıyla vətən adından təqdim etdiyi mükafatdır. İndi dolayısıyla karikaturaçı rəssam VƏTƏNimi dala bənzədir?!.. Eyvahlar olsun!

Biz bu qədər rəzil və bərbad mənəvi duruma düşəcək adamlar olmamalıydıq. Biz fərdlərə olan nifrəti vətənin üstünə qusmamalıydıq. Biz illərdir tanıdığımız, qələminə bələd olduğumuz onlarla jurnalistə, qadınlı kişili hər kəsə bu münasibəti göstərməməliydik karikaturaçı qardaş. Niyə biz?!.. Nə fərqi var çəkirsən, sən də bizsən, sözü şəkildə, rəsmdə deyənsən, media əhlisən. Sən bizi nədə ittiham eləyirsən elə, biz də səni elə biz bilirik, bütün mənfin, kinin, nifrətinlə…

Müsibəti-Fəxrəddin odur ki, bir qrup illərini, həyatını bu ölkənin mediasına, sözün həqiqi mənasında xərcləyən media mənsubu dövlətdən, məhz dövlətdən mənzil alıb? Dövlət qarşısında, insan, vətəndaş, jurnalist xidmətinə görə mükafatlandırılıb? Noolar ki? Kim ölüb ki, bu hadisədən?

Əslində heç kimə heç nə olmayıb. Sadəcə biz başqasını sevməkdən, özümüzə dünyanın ən iyrənc və murdar sözlərini deməkdən başqa heç nə bacarmayanlar ordusuyuq, cəmiyyət, toplum olaraq.

Bu situasiyanı dəqiq bilən biri kimi sizə sözüm var. Nə deyirsiniz deyin, mən və mənim kimi xeylisi bu evi haqq eləyib alanlarıq rəssam qardaş. Çoxlu sayda müxalifətli, hökumətli hər iki düşərgədən olan adamdan eşitdiyimdir bu. Amma yenə də olsun bizə nə deyirsiniz deyin. Olmasaq da satqın, eləməsək də xəyanətkar, bacarmasaq da yaltaq və sair söyləyin. Bu fərdə olan münasibətdir deyə qəbullanmaq olar. Amma istedadlı bir adam, vətəndaş, rəssam Gündüzə də deyin başa düşsün, anlasın ki, bu bizə fərdlərin yox dövlətin, vətənin mükafatıdır. Fərdlərə olan nifrətini vətənə yönəltmək olmaz. Yəni bir insan arxası çəkib, bizi ora girən kimi təsəvvür elədisə bu bir insanın tərbiyyə göstəricisidir. Onu qoyuram kənara. Amma düşünəndə ki, bu bir də vətənin verdiyi mükafatdır. Məntiqlə o şəkildəki dal dolayısıyla vətəndir. Biz cəhənnəm ay Gündüz, adam kişi olar, VƏTƏN-i dala bənzətmə!..

Jalə Mütəllimova
Previous Post

VƏTƏNi dala bənzətmə…

Next Post

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Azərbaycana ən çox hansı turistlər gəlir?

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.