"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Vyetnam sindromu”: Qazilərə psixoloji xidmətin zəif təşkili, ya da təşkil edilməməsi…

13 İyul 2022 - 23:53
in Cebhe-banner, MANŞET
FacebookVatsap

“Qazilərin problemi yalnız maddi deyil, tibbi xidmətdən istifadə də, işlə təminatda da, ailəyə, cəmiyyətə adaptə olunmaqda da problemlər var”.

Bunu da oxuyun

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

Elchi.az xəbər verir ki, bu sözləri Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun sabiq müdiri Cəmaləddin Quliyev Feysbuk hesabında qeyd edib:

“Sosial adaptə birtərəfli olmur, ilk növbədə normal psixoloji xidmət təşkil olunmalıydı, getdikləri yerlərdə sonacan dinlənilməliydilər, mümkün olduğu qədər qayğıları həll olunmalıydı. Mümkün olmadıqda niyəsi anladılmalıydı, onları yersiz yerə təhrik edənlər, qızışdırıcılar qınanmalı, lazım gəldikdə cəzalanmalıydılar. Hamı anlayır ki, problemlər birnəfəsə həll oluna bilməz. Bir ömür yaşandıqca yeni problemlər yaranacaq, amma o problemlərin çevik həll mexanizmləri də olmalıdır.

İndi feilin vacib şəklinin hekayəsindən- keçmiş zamanı ifadə edən “idi” hissəcəyindən istifadə etməyə məcburuq. Çünki sadalananlar edilməyib. Əvəzində, başqa bir halın şahidiyik: dövlətin ayrı-ayrı strukturları və özü institutsional olaraq qazilərin nəzərində etibarsızlaş(dırıl)ır(b).

Hələ ötən ay nazirlik binasının qapılarının sındırılması ilə bitən aksiyada bir məqam nəzərə çarpırdı – ən sərt çıxış edən qazilər I Qarabağ müharibəsi və 2016-cı il aprel döyüşlərinin iştirakçıları idilər. Yəni təxminən 30 il ərzində formalaşmış böyük bir kütlə(I və II Qarabağ müharibəsi, 2016 aprel döyüşləri, atəşkəs dövründə yaralanmış qazilər və həyatlarını itirmişlərin ailələri) vahid sosial narazı qüvvəyə çevrilməkdədirlər.

İki il ərzində etiraz aksiyaların statistikasını əks etdirən rəqəmlərsə narazlıqların ötəri olmadığını göstərir: Ötən ilin 9 ayı( aprel-dekabr ayları) ərzində qazi və şəhid ailələrinin iştirakı ilə ümumən 50-yə yaxın, bu ilin 5 ayı ərzində(yanvar-may) də təxminən o qədər aksiya qeydə alınıb.

Demək, narazılıqların mütəşəkkil ifadəsi yüksələn templə davam edir. Şəhid analarının övladlarını layiqli yerdə dəfn tələbləri, atəşkəs dövründə həlak olmuş hərbçi valideynlərinin övladlarına şəhid statusu verilməməsinə etirazları, əlilllik dərəcələri, şəhid və qazi statusları ilə bağlı yaranmış anlaşılmazlıqlar, Keşlədə, Sumqayıtda, Şəmkirdə şəhid məzarlıqlarına hömətsizlik sayılan davranışlardan doğan qəzəb…Aksiyaların tematikası çoxçeşidlidir, əksər hallarda etirazçılar haqsız deyillər.

Səbəblər çoxdur- bəzən doğrudan da yerli icra strukurlarının, hətta bələdiyyələrin adekvat münasibəti gərginliyi aradan qaldırmağa yetər, amma nədənsə o münasibətə xəsislik edilir. Qarşıya qoyulan hədəflər düzgün icra edilmir, bəzən də qurumlar özlərinə yanlış hədəflər müəyyən edir. Məsələn, əvvəlki rəhbərliyi haqsız çıxarmaq, büdcə vəsaitinə qənaət etmək naminə keçmiş hərbçilər üçün əllilik dərəcəsi və statusu verilməsində sərt tələblər çərçivəsində qərarlar qəbul edilib, bəzən qanunverilciklə bağlı problemlər də o aksiyalara səbəb olub. Amma aksiyaların həm sayı, həm iştirakçı tərkibi, həm radikallığı artan templə davam edirsə, demək, problemə fərqli baxış tələb olunur. Hansısa aksiya iştirakçısının bioqrafiyasını “ifşa əməliyyatı”na ehityac yoxdur. Bu odun üstünə yağla getməyə bənzəyir.
Bura görülən az-çox pozitiv işlərin yetərincə və inandırıcı şəkildə hədəf auditoriyasına çatıdırılmamasını, müəyyən qədər qruplar arası siyasi intriqalardan qaynaqlanan “qara PR” məzmunlu gözdən salma, ləkələmə kampaniyalarının fasiləsiz davam etdirilməsini(müvafiq sahədə dövlət siyasətini həyata keçirən qurumların rəhbərlərinin qeyri-azərbaycanlı mənşəlilərdən və bütövlükdə “5 ci kolon” nümayəndələrindən ibarət olması haqda şayiə-ittihamlar) əlavə etmək olar.

“Vyetnam sindromu”nun aradan qaldırılması üçün psixolji xidmətin zəif təşkili və ya ümumən təşkil edilməməsi də indi daha çox hiss olunur.

Bəzi rəqəmlərə görə, 40-dək qazi intihar edib. Bu, adi, cəmiyyətin baxıb köks ötürüb keçəcəyi statistika deyil. III Qarabağ müharibəsi haqda ehtimalların artdığı indiki şəraitdə ölkə düşmənlərinin əlində ciddi təbliğati silahdır. Yalnız onların da deyil.

Yada salaq ki, 2013-cü il seçkiləri vaxtı I Qarabağ qazisi Zaur Həsənovun özünü yandırması ölkədə böyük rezonans doğurmuş, siyasi opponentləri bundan indiki iqtidara qarşı təbliğatlarında uzun müddət və effektiv istifadə etmiş, hadisəyə Prezident şəxsən özü reaksiya verdikdən sonra etirazların məcradan çıxmasının qarşısı alınmışdı.
Qısa haşiyə . Zaur Həsənovun özünü yandırma aktının xüsusi tiurajlanması müxalifətin deyil, müəyyən qrupların “əl işi” idi. Bu iş bir tanınmış hüquqşünas vasitəsilə təşkil olunmuşdu. Məqsəd 2005-ci ildə mühüm bir sahəni müəyyən qədər qanunu özünə uyğunlaşdırma yolu ilə ələ keçirərək “mülkiyyət bölgüsündə” qalib olmuş şəxsləri vurmaq idi. 2005-ci ildə məsələni Konstitusiya Məhkəməsi gücünə, ölkədə faktiki II “səhiyyə nazirliyi” yaratmaqla həll etmək nə qədər əcaib idisə, bölgüyə gecikənlərin Günəş altında özünə yer etmək, “bölüşdürülmüş dünyanın yenidən bölüşdürülməsi” naminə oturduqları budağı mişarlayıb siyasi xaos yaratma şantajına getməsi bir o qədər təhlükəli idi.
İndi yenəmi oxşar şantaj var? İntihar edənin fikrindən daşındırmaq əvəzinə təhrik edilərək videoya çəkilib sonradan rahatlıqla tirajlanmasına başqa nə ad verək?

Eyni hüquqşünasın təhrikilə qazilər və jurnalistlər arasında qarşıdruma yaradılması təşəbbüsünün bu qədər vüsət almasına nə ad verək?

Yetimlərə mənzil verilməsinin bu qədər çeynənməsinə nə ad verək?

Qazilər həssas sosial qrupdur, həmişə cəmiyyətin baş tacı olmaldır. Amma onları digər həssas sosial qruplara qarşı qoymaq, hər dəfə dövlətin sosial siyasətinin təzahürü olan hər hansı addım atılanda “Bəs qazilər?” sualını qoyub digərlərini aşağılmağa nə ad verək?

Hələlik cəmiyyətdə siyasi hərarətin artmasın səbəb olacaq proseslər (parlament və prezident seçkiləri, referendum) olmadığından bu hallardan təbliğati məqsədlə isitfadə imkanları məhduddur.Amma intiharların və onlarla bağlı manipulyasiyaların artması bir gün qəfil partlayış effektinə səbəb ola bilər.Elvin Cəfərov hadisəsində bunun ilkin əlamətləri göründü də.

2010-cu illərin əvvələrində Tunisdə bir təmizlikçi qadının özünü yandırması “ərəb baharı”nı alovlandırması kimlərisə belə aktlardan siyasi məqsədlər üçün istifadə etməyə həvəsləndirməmiş deyil. Az qala hər hadisədən sonra analogiyalar aparılır, təbliğat effekt vermədikdə cəmiyyət laqeydlikdə qınanır.

Ötən ay qapı sındırma aktını işıqlandıran You Tube kanallardan 11 –i(həm ölkədən, həm xaricdən yayımlanan) təqdimat zamanı tələ başlıq (clickbait) metodundan yararlanmış, dövlət qurumlarına qarşı mümkün qədər nifrət təbliğ edilmişdi. Aksiyanın onlayn və oflayn rejimdə 3 milyona yaxın şəxs izləmişdi. Belə bir göstərici xarici blogerlərin çağırışı ilə yanvarın 19-da sözügedən nazirlik önündə keçirilmiş aksiyada da qeydə alınmışdı.
Hələlik əsas hədəf ƏƏSMN və polisdir. Elvin Cəfərov hadisəsində isə daha çox I şəxs hədəfə gətirildi. İzlənmə göstəriciləri Tik-tokda rekord qırır..

Çıxış? Qazilərə cəmiyyətin sahiblənməsi də, qazi problemlərinə həssaslığı da, bu həssaslığı nəzərə almayanlara qəzəb də yaxşı haldır. Amma o qəzəbi gah jurnalistlərə, gah Roza Zərgərliyə, gah hansısa qurum rəhbərinə yönləndirməklə problem çözülməz. Düyünlənmiş kələfə, hirs küpünə, nifrət bombasına çevrilər. Problemlərə baxış, problelmləri həll mexanzimləri dəyişməlidir. Yeni qurumların sayını artırmaqla deyil, mövcudları hərəkətə gətirməklə, bəlkə paralelləri aradan qaldırmaqla. Hərçənd təkliflər qurumların sayının artırılması istiqamətindədir.

P.S. Yeri gəlmişkən,2013-də II faktiki “səhiyyə nazirliyi” ləğv olunmadı, 2022-də də ləğv olunmayıb. Çətiri dəyişibən eyni qüdrətlə yoluna davam edir. Əvəzində daha 4 yeni “səhiyyə nazirliyi” də yaranıb. İnkubasiya…“.

Previous Post

“Vyetnam sindromu”: Qazilərə psixoloji xidmətin zəif təşkili, ya da təşkil edilməməsi…

Next Post

Ərdoğan Səudiyyə kralı ilə danışıqlar apardı

Bənzər yazılar

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39

Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Elchi.az...

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2026 - 10:32

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib. Elchi.az açıqlamanı təqdim edir: -...

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin, onun hansı yolla yekunlaşmasından asılı olmayaraq, yaxın vaxtlarda başa çatacağı barədə fikrini bildirib. Elchi.az...

Next Post
Ərdoğan Səudiyyə kralı ilə danışıqlar apardı

Ərdoğan Səudiyyə kralı ilə danışıqlar apardı

Ərdoğan Səudiyyə kralı ilə danışıqlar apardı

Ərdoğan Səudiyyə kralı ilə danışıqlar apardı

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.