Serbiya prezidenti Aleksandr Vuçiç ölkədə rəngli inqilab təşkil etmək cəhdləri barədə xəbərdarlıq edib.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, bu barədə Serbiya prezidentinə Şərqdən gələn xüsusi xidmət orqanları məlumat verib.
“Xüsusi xidmət orqanları bizə deyirlər ki, bunlar rəngli inqilab cəhdləridir”,-deyə Vuçiç minlərlə insanın iştirak etdiyi mitinqdə bildirib.
O, qeyd edib ki, Serbiya inqilablardan və bütün serblərin, o cümlədən həyati vacib milli maraqların məhv edilməsindən bezib.
Yeganə