Vuçiç ölkə ordusunu maksimum hazırlıq vəziyyətinə gətirib

87

Serbiya prezidenti Aleksandr Vuçiç ölkə ordusunu maksimum döyüş hazırlığı vəziyyətinə gətirib.

Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə “Kurir” telekanalı məlumat yayıb.

Vuçiçin ölkə silahlı qüvvələrinin hərbi hissələrinin döyüş hazırlığının yüksək səviyyəyə yüksəldilməsi ilə bağlı əmr imzaladığı və təcili olaraq Kosovo və Metxiya inzibati xəttinə keçməyi əmr etdiyi qeyd edilir.

Vuçiç bu addımı Kosovo polisinin Zveçan, Zubin-Potok və Leposaviçdə serb əhaliyə qarşı zorakılığı səbəbindən atıb.

Qeyd olunur ki, Serbiya lideri NATO-nu da serblərə qarşı zorakılığın qarşısını almağa çağırıb.

Yeganə