“Volkswagen” avtomobil şirkəti tarixində ilk dəfə olaraq Çindəki zavodunu bağlayır; müəssisə, nəhayət, 2025-ci ilin ikinci yarısında fəaliyyətini dayandıracaq.
Elchi.az xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti yazıb.
“Volkswagen” və Çinin SAIC avtomobil konserninin birgə zavodu 2008-ci ildə Nankin şəhərində açılmışdır; müəssisə ildə 360 minə qədər avtomobil istehsal edə bilər.
Bildirilir ki, zavod logistik çətinliklərə görə bağlanır: onun şəhərdən uzaqda yerləşməsi onun elektromobil istehsalı üçün modernləşdirilməsini çətinləşdirir. Bina və ətraf ərazi şəhər administrasiyasının mülkiyyətinə keçəcək.
Bu arada, may ayında “Volkswagen”-in baş direktoru Oliver Blume şirkətin proqram təminatı ilə bağlı böyük problemlər yaşadığını söyləmişdi.
Yeganə


















