"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Vilyam Hacıyev kimlərdən nə qədər rüşvət alıb? – MƏHKƏMƏ

20 May 2022 - 13:27
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Elchi.az-ın məlumatına görə, şahidlər hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesə gəlməyiblər.

V. Hacıyevin vəkili bildirib ki, 146 şahiddən 131-i dindirilib, 15 şahid dindirilməyib. Vəkilin sözlərinə görə, şahidlər zərərçəkmiş olsalar da, səbəb göstərmədən məhkəməyə gəlmirlər.

Hakim prosesdə şahid və zərərçəkmişlərin ifadələrini elan edərkən təqsirləndirilən şəxs buna etiraz edib.

Vilyam Hacıyev bildirib ki, zərərçəkmişlər prosesə qatılmadığı halda onların ifadələrinin elan olunmasına ehtiyac yoxdur.

Prosesdə ifadələr elan olunub.

Zərərçəkmiş Fərman Allahverdiyev ifadəsində bildirib ki, o, sahibkarlıqla məşğul olmaq üçün xarici ölkələrdən 90 baş iribuynuzlu mal alıb:

“İmişlidə heyvandarlıqa məşğul olmaq üçün icra hakimiyyətindən örüş torpaq sahəsi istədim. Bunun üçün icra başçısı Vilyam Hacıyevlə görüşdüm. O dedi ki, bu barədə tapşırıq verəcək. Görüşdən sonra icra hakimiyyətindən bildiriblər ki, bunun üçün Vilyam Hacıyev 40 min manat istəyir. Mən Rəhim Musayevə əvvəlcə 20 min manat, sonra da yenidən 20 min manat verdim ki, Vilyam Hacıyevə çatdırsın. Bundan sonra mənə örüş sahəsi üçün torpaq ayrıldı. Amma o vaxta qədər cins heyvanlar məhv oldu”.

Digər zərərçəkmiş Ramiz Əmirov qeyd edib ki, o, rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləyib:

“2018-ci ildə 65 yaşım tamam oldu. Vilyam Hacıyev dedi ki, 30 min manat gətir, səni işdə saxlayım. 30 min manatı gətirib Rəhim Musayevə verdim. Amma Təhsil Nazirliyi mənim müqaviləmi uzatmadı. Mən təqaüdə çıxdım. Sonradan qayıdıb pulumu istədim. Vilyam Hacıyev mənə əsəbiləşdi. Mən sonra Rəhimdən 20 min manatımı aldım. 10 min manatım qaldı”.

Zərərçəkmiş Yaşar Səfərovun ifadəsində 2018-ci ilə qədər Statistika İdarəsinin rəisi işlədiyini diqqətə çatdırıb:

“İşdən çıxandan sonra başqa işə keçmək üçün icra hakimiyyətinə müraciət etdim. Məndən işə qəbul üçün 12 min manat istədilər. 12 min manatı verəndən sonra mən işə qəbul olundum”.

Təqsirləndirilən şəxs Vilyam Hacıyev bildirib ki, zərərçəkmişlərdən heç kimi görməyib, onlardan pul istəməyib:

“Mən onların heç birini görməmişəm, pul almamışam. Mən də yalandan yaza bilərəm ki, kiməsə pul vermişəm, rüşvət vermişəm. Zərərçəkmişlər gəlsib sübut etsinlər, görüm, kimə pul veriblər”.

İmişli rayonunda məktəb tikintisi ilə məşğul olan Mübariz Verdiyev isə ifadəsində deyib ki, 2018-ci ildə rayonda məktəb tikintisi ilə bağlı Vilyam Hacıyevlə görüşüb:

“Vilyam Hacıyev məni yanına çağırdı. Bildirdi ki, ayrılmış vəsaitin 15 faizini mənə verməlisən. Ayrılan məbləğin nə qədər olduğunu bilmədən 181 min manat vəsaiti Vilyam Hacıyevə verdim. Ondan sonra ayrılan vəsaitlə məktəb tikintisinə başladım. Tikintini başa çatdırmaq üçün vəsaitin çatmadı, məcbur olub bankdan pul götürüb tikintini başa çatdırdım”.

Prosesdə digər şahid Bayram İsaqovun da ibtidai istintaqa ifadəsi elan olunub. O ifadəsində göstərib ki, şirkətin balansına icra hakimiyyətindən pul köçürülüb.

“Rayonda tikinti şirkətim var. Vilyam Hacıyev məni yanına çağırıb dedi ki, sənin şirkətinin balansına 45 min manat pul köçürüləcək, həmin pulu mənə verəcəksən. Mən razılaşdım. Şirkətin balansına 45 min manat pul köçürüldü. Mən də həmin pulu çıxarıb 44 min 960 manatı Cəmil Musayevə verdim”.

Vilyam Hacıyev həmin şəxsi tanımadığını deyib: “Hər yazılan düz olsaydı, onda gərək hamı həbs olunaydl. Mən bu yazılanların heç birini qəbul etmirəm”.

Prosesə gəlməyən digər şahid Müşviq Əhmədov ibtidai istintaqa ifadəsində bildirib ki, rayon ərazisində 180 hektar torpaq sahəsi icarəyə götürmək üçün 25 min manat verib.

Təqsirləndirilən şəxs Vilyam Hacıyev bildirib ki, şahidlər öyrədilib və bütün ifadələr eyni adam tərəfindən tərtib edilib.

“Belə çıxır ki, şahidlərin ifadəsi sübut kimi qəbul olunur. Məhkəmədə 131 şahid dindirilib. Amma heç kim deməyib ki, mən Vilyamı tanıyıram. Hamısı pulu iki nəfərə verib. Onlar pulu neyləyib, hara xərcləyib, bu işdə mənim günahım var. Vilyam Hacıyevlə pul vermişəm deyib ifadə verənlərin isə heç biri məhkəməyə gəlmir. Şahid və zərərçəkmişlərin gətirin mənə desinlər görüm nə vaxt mənə pul veriblər”,- təqsirləndirilən şəxs deyib.

Prosesdə ifadəsi elan olunan şahid Kəmaləddin Quliyev ibtidai istintaq bildirib ki, şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün icra hakimiyyətindən yardım istəyib.

“Şəkər xəstəsiyəm. Eşitdim ki icra hakimiyyəti yardım göstərir. Müraciət etdim, dedilər ki, sənə pul ayırırıq, amma sən cəmi o puldan 200 manat götürüb qalanını bizə verəcəksən. Mənim adıma 6 min manat ayrıldı. Gedib Kapital Bankdan 6 min manat götürüb 5800 manat verdim polisə. Bundan sonra bir dəfə də 7 min manat ayırdılar. 7 min manatı bankdan götürüb 6 min 700 manatını İcra Hakimiyyətində qapıda dayanan polisə verdim, 300 manatı özümə qaldı”,- şahid ifadəsində göstərilib.

Vilyam Hacıyev bildirib ki, şahidin dediyi polis əməkdaşı tapılaraq məhkəməyə gətirilsin: “Həmin polis tapılsın və məhkəməyə gətirilsin. Belə çıxır ki, icra hakimiyyətində rüşvət alanların başında elə polis dayanırmış ki. Bu biabırçılıqdır. Açıq aşkar görünür ki, bunlar quramadı. Mən bu adamların heç birini tanımıram. Gətirin məhkəməyə burda danışsınlar”.

Məhkəmədə daha bir şahid ifadəsi elan olunub.

Eyvan MMC -nin rəhbəri Natiq Əhmədovun ifadəsində bildirilib ki, rayon ərazisində məktəb tikintisi ilə bağlı Vilyam Hacıyevlə görüşüb:

“Təhsil Nazirliyinin sifarişilə rayonda məktəb tikilməli idi. Vilyam Hacıyev dedi ki məktəb tikintisinə 910 min manat ayrılacaq, həmin pulun 137 min manatını mənə verməsən səni burda məktəb tikməyə imkan verməyəcəm.

Məcbur olub 137 min manatı Vilyam Hacıyevlə verəndən sonra 770 min manatla məktəbi tikdim”.
Vəkil bildirib ki, ifadəsi elan olunan şahidlərin niyə məhkəməyə gəlməməsiməlum deyil. “İfadələr araşdırmalı, şahidlər məhkəməyə gətirilməlidir. Niyə gətirmirlər? Hansı polis gedib ünvana, şahidi tapa bilməyib”.
Proses mayın 23-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Previous Post

Vilyam Hacıyev kimlərdən nə qədər rüşvət alıb? – MƏHKƏMƏ

Next Post

Avropa Yayım Birliyi Azərbaycanın səslərinin niyə sayılmadığını açıqlayıb

Bənzər yazılar

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

05 İyun 2026 - 22:24

Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirib. Elchi.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi...

“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

05 İyun 2026 - 22:21

"Neftçi" klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib. Bu barədə Elchi.az - a mərhumun ailəsi məlumat verib. Qeyd edək ki,...

Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər

Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər

05 İyun 2026 - 22:20

Gələcəkdə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin Rusiyaya səfəri gözlənilir, lakin konkret tarixlər hələ...

Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb

Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb

05 İyun 2026 - 22:18

Rusiya lideri ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatları dayandırmaq qərarını düzgün adlandırıb və regionda sülhə ümid etdiyini bildirib. Elchi.az xəbər...

Next Post
Avropa Yayım Birliyi Azərbaycanın səslərinin niyə sayılmadığını açıqlayıb

Avropa Yayım Birliyi Azərbaycanın səslərinin niyə sayılmadığını açıqlayıb

Avropa Yayım Birliyi Azərbaycanın səslərinin niyə sayılmadığını açıqlayıb

Avropa Yayım Birliyi Azərbaycanın səslərinin niyə sayılmadığını açıqlayıb

Son xəbərlər

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

06 İyun 2026 - 19:55
NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib

NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib

06 İyun 2026 - 19:24
Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı

Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı

06 İyun 2026 - 18:20
Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pislədi

Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pislədi

06 İyun 2026 - 18:07
Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

06 İyun 2026 - 17:51
Rusiya rəsmisi: ABŞ Ukrayna üzrə danışıqlardan çıxmağa çalışır

Rusiya rəsmisi: ABŞ Ukrayna üzrə danışıqlardan çıxmağa çalışır

06 İyun 2026 - 17:36
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

06 İyun 2026 - 17:19
Hava ilə bağlı xəbərdarlıq: Yağış yağacaq

Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır – FAKTİKİ HAVA

06 İyun 2026 - 17:00
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür

06 İyun 2026 - 16:45
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

06 İyun 2026 - 16:22
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB

Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB

06 İyun 2026 - 16:08
Gəmilər vuruldu, 5 azərbaycanlı öldü – Rəsmi açıqlama

Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib

06 İyun 2026 - 15:32
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib

Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib

06 İyun 2026 - 15:17
Binədə mağazada yanğın baş verdi – Video

Binədə mağazada yanğın baş verdi – Video

06 İyun 2026 - 14:30
Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb

Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb

06 İyun 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.