Azərbaycanda iki rayona – Qubadlı və Qobustan rayon polis şöbələrinə (RPŞ) rəis təyin edilib.
Elchi.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Qubadlı RPŞ-nin rəsi polis polkovnik-leytenantı Bəhruz Cabbarov vəzifəsindən azad edilərək Qobustan RPŞ-nə rəis təyin olunub.
Bundan başqa, nazirin digər əmri ilə Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Əhməd Nəcəfov vəzifəsindən azad olunraq Qubadlı RPŞ-nə rəis təyin edilib.
Bakıda evdən 33 min manat oğurlanıb
Paytaxtın Xəzər rayonu ərazisində yerləşən mənzillərin birindən pul oğurlanması barədə polisə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Elchi.az-a...





















Son şərhlər