ABŞ-ın vitse-prezidenti Cey Di Vens ölkəsinin İrandakı əməliyyatına skeptik yanaşır və əvvəldən onun başlamasının əleyhinə olub.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən yazır. Məlumata görə, vitse-prezident əməliyyat ərəfəsində zərbələrin endirilməsinə qarşı olduğunu bildirsə də, açıq şəkildə prezident Donald Trampın siyasətini dəstəkləyir. Politico-nun həmsöhbətlərinin sözlərinə görə, Vens “skeptik köklənib”, “uğur qazanmaq imkanından narahatdır” və “sadəcə buna qarşıdır”.
“Vensin rolu prezidentə və administrasiyaya bütün baxış bucaqlarını, vəziyyəti müxtəlif tərəflərdən göstərməkdir. O da belə edir. Lakin yekun qərar qəbul edildikdə, o, bununla razılaşır”, — deyə mənbələrdən biri nəşrə bildirib.
Məryəm





















