ABŞ prezidenti Donald Tramp Venesuelanın siyasi məhbuslarını sürətlə azad etdiyini və bu prosesin yaxın gələcəkdə daha da sürətlənəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Tramp bunu “TruthSocial” sosial media platformasında yazıb.
“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Venesuela öz siyasi məhbuslarını sürətlə azad edir və bu temp yaxın gələcəkdə daha da sürətlənəcək. Bu güclü humanitar jestlə razılaşdığı üçün Venesuela rəhbərliyinə təşəkkür etmək istərdim!”,-deyə o, yazıb.
Bundan əvvəl KİV-lər Venesuelanın insan haqları təşkilatı Foro Penal-a istinadən xəbər vermişdilər ki, ABŞ-ın təzyiqi ilə son həftələr orada 100-dən çox siyasi məhbus azad edilib.
Bazar günü, yanvarın 19-na olan məlumata görə, ən azı 104 nəfər həbsdən azad edilib. İddialara görə, onlar aksiyalarda iştirak etdikləri üçün saxlanılıblar.
Yeganə





















