Venesuelada siyasi səbəblərdən həbsdə olan bir çox insanın azadlığa buraxılmasına imkan verən əfv qanunu təsdiqləndi.
Elchi.az xəbər verir ki, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez tərəfindən təklif edilən və siyasi məhbusların kütləvi şəkildə azad edilməsini özündə ehtiva edən əfv qanun layihəsi parlament tərəfindən qəbul edildi.
Qanunu imzaladıqdan sonra Rodrigez bildirib ki, bu, ölkənin siyasi liderlərinin “dözümsüzlükdən imtina etdiyini və Venesuelada siyasət üçün yeni yollar açdığını” göstərir.
Venesuelada müxalifətin uzun müddətdir tələbi olan bu inkişafın ölkədə siyasi səbəblərdən həbsdə olan bir çox insana, o cümlədən siyasətçilərə, jurnalistlərə və vəkillərə fayda verəcəyi düşünülür.
Qanun layihəsi 1999-cu ildən bəri Venesuelada müəyyən siyasi münaqişə dövrlərində törədilən cinayətlərə görə “ümumi və tam əfv” təmin etməyi hədəfləyir. Bunlara 2024-cü il prezident seçkiləri zamanı “siyasi səbəblərdən törədilən zorakılıq hərəkətləri” daxildir.
Bu inkişaf, ABŞ-ın 3 yanvarda Venesuelaya hərbi hücumundan və Prezident Nikolas Maduronun həbsindən sonrakı son siyasət dəyişikliyi kimi qəbul edilir.
Maduronun tutulmasından sonrakı günlərdə Rodrigez hökuməti xeyli sayda məhbusun azadlığa buraxıldığını elan etdi.
Şayəstə





















