Papa Fransisin vəziyyəti yaxşıdır və antibiotiklər qəbul edir, lakin sətəlcəm yoxdur. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, pontifikin xəstəliyinin bu cür təfərrüatlarını Vatikanın Müqəddəs Taxt-Tacının mətbuat xidmətinin rəhbəri Matteo Bruni bildirib.
Bruni həmçinin əlavə edib ki, terapiyanın daha effektli olması üçün Papaya venadaxili antibiotiklər üçün venoz kateter quraşdırılıb, lakin onun vəziyyəti yaxşı və stabil olaraq qalır, temperatur aşağı düşüb, tənəffüs sisteminin vəziyyəti xeyli yaxşılaşıb.
Bununla belə, bərpa prosesini asanlaşdırmaq üçün yaxın günlər üçün planlaşdırılan bəzi mühüm papalıq tədbirləri təxirə salınıb.
Bundan əvvəl Roma Papası Fransisk açıqlama verərək pnevmoniyaya görə Apostol Sarayının pəncərəsindən danışa bilməyəcəyini açıqlayıb. Lakin o, BMT-nin iqlim konfransında iştirak etmək üçün dekabrın 1-də Dubaya gələcəyinə söz verib.
Havar Şəfiyeva





















Son şərhlər