"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Vaşinqton Tehranın “kompensasiya” şərtini qəbul edəcəkmi?

26 Avqust 2022 - 12:41
in MÖVQE
FacebookVatsap

“İran nüvə sazişi ilə bağlı Avropa İttifaqı vasitəsilə ABŞ-a əsas təklifini göndərib. Təklifin mahiyyəti belədir ki, əgər ABŞ İranla imzalayacağı nüvə sazişindən yenə çıxarsa, buna görə Vaşinqton İrana kompensasiya ödəməlidir. Bununla Tehran özünü sığortalamaq istəyir. Çünki, ABŞ-ın keçmiş prezidenti Barak Obama İranla nüvə sazişi imzalamışdı, Donald Tramp Ağ Evə gəldikdən sonra həmin sazişdən imtina etdi. Görünür, Tehranda düşünürlər ki, Ağ Evin sahibi dəyişərsə yeni prezident Tramp kimi yenə sazişdən imtina edə bilər”.

Bunu da oxuyun

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Elchi.az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Feysbuk hesabında qeyd edib.

Politoloq bildirib ki, ABŞ prezidenti Cozef Bayden İranla nüvə sazişi imzalamaq istəyir, ancaq Ağ Ev sahibi çətin ki, Tehranın “kompensasiya” şərtini qəbul etsin:

“Buna baxmayaraq, hiss olunur ki, Ağ Evlə Tehran razılığa gəlmək istəyirlər. “Wall Street Journal” dərgisinin yazdığına görə, danışıqlarda iştirak edən üçüncü tərəf – Brüssel də bəzi güzəştlərə hazırdır. Misal üçün Brüssel İranda nüvə elementləri aşkar edilən mərkəzlərdə beynəlxalq araşdırma aparılmasında israr etmir. Brüssel nüvə sazişinin qısa müddətdə imzalanmasını istəyir. Çünki Brüssel də Tehran kimi hiss edir ki, əgər Baydendən sonra Ağ Evə respublikaçı prezident gələrsə nüvə sazişinin imzalanması yenə təxirə salınacaq. Bu isə beynəlxalq aləmdə gərginliyin davamına şərait yaradacaq. Digər tərəfdən Avropa İttifaqı Ukraynada işğalçı müharibə fonunda Rusiya qazından və neftindən imtina halda alternativ enerji mənbələrinə ehtiyacı var. İran nefti və qazı işə yaraya bilər. Ancaq bunun üçün nüvə sazişi imzalanmalıdır.
Nüvə sazişinin imzalanması üçün Tehran da bir məsələdə güzəştə gedib. Tehran sazişin imzalanması üçün İslam Keçikçiləri Korpusunu ABŞ-ın elan etdiyi terrorçu təşkilatlar siyahısından çıxarılmasını tələb edirdi. Vaşinqton bu tələbi yersiz sayıb. Tehran sazişin imzalanması üçün bu tələbindən imtina edib.
Buna baxmayaraq, Vaşinqtonda Tehranın siyasəti ilə bağlı nikbinlik azdır. Təsadüfi deyil ki, İran kəşfiyyatına bağlı şəxslərin Amerikada keçmiş administrasiyanın tanınmış simalarını izləmələri barədə xəbərlər yayılıb. Bu xəbərlərin fonunda Cozef Baydenin Tehranla nüvə sazişi imzalaması Ağ Ev sahibinin zəifliyi kimi qiymətləndirilə bilər. ABŞ-ın bölgədəki əsas müttəfiqi İsrail də nüvə sazişinin əleyhinədir. İsrail hesab edir ki, İran nüvə sazişini imzalayacaq, sanksiyalardan qurtulacaq və əldə etdiyi pulları İsraili hədəf alan müxtəlif silahlı qruplara hərbi dəstək üçün istifadə edəcək”.

E.Şahinoğlunun sözlərinə görə, İran prezidenti İbrahim Rəisi mühafizəkarlığı ilə tanınsa da, ölkədəki ağır iqtisadi və sosial vəziyyət onu nüvə sazişini imzalamağa həvəsləndirə bilər:

“Ancaq İran mühafizəkarları içərisində fərqli düşünənlər də var. Misal üçün İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Ələ Əkbər Vilayəti nüvə sazişi olmadan da ölkəsinin keçinəcəyi qənaətindədir. Vilayəti Rusiya və Çinlə strateji əlaqələrin tərəfdarıdır. Çini İranın hətta strateji müttəfiqi adlandıran Vilayəti Tehranla Pekin arasında indikindən də sıx əlaqələrin qurulmasını istəyir. Vilayəti Çinin İrandakı səfiri Canq Xua ilə görüşdə İranın Çinin kommunikasiya layihələrində iştirakının vacib olduğunu bildirib: “İranın Rusiya və Çinlə keçirdiyi birgə hərbi təlimlər bölgənin təhlükəsizliyinə böyük töhvə verir”.
Beləliklə, Tehran Vaşinqtonla nüvə sazişini imzalamağa həvəsli görünür. Moskva və Pekin sözdə nüvə sazişinin imzalanmasını dəstəkləsələr də, əməldə Tehranın xarici və təhlükəsizlik siyasətinin dəyişməsini istəmirlər. Çünki nüvə sazişi imzalanarsa İran sanksiyalardan qurtulacaq və neft satışından milyard dollar qazanacaq, müxtəlif dövlətlərin banklarında dondurulmuş pullarını geri ala biləcək. Bu halda İranın Rusiya və Çindən asılılığı azalacaq. Moskva və Pekin isə İranın onlardan asılılığının azalmasını istəmirlər”.

Yeganə

Previous Post

Vaşinqton Tehranın “kompensasiya” şərtini qəbul edəcəkmi?

Next Post

Ruslar resurslarını bitirib, əməliyyat vacibdir – Malomuj

Bənzər yazılar

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

02 Oktyabr 2026 - 10:52

Cənubi Koreya Prezidenti Li Çe-myun (Lee Jae-myung) Ukraynanı iki Şimali Koreyalı hərbi əsirin Cənubi Koreyaya təhvil verilməsi faktını açıqladığına görə...

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

01 Oktyabr 2026 - 11:23

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi kampaniyadan imtina etmək niyyətində olduğunu göstərən heç bir əlamət nümayiş etdirmir. Döyüş meydanındakı ağır...

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17

Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

29 Sentyabr 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tədbir zamanı İranla gərginlik barədə açıqlama verib. Jurnalistlərin ABŞ rəsmilərinin İranla münaqişəyə son...

Next Post
Ruslar resurslarını bitirib, əməliyyat vacibdir – Malomuj

Ruslar resurslarını bitirib, əməliyyat vacibdir - Malomuj

Ruslar resurslarını bitirib, əməliyyat vacibdir – Malomuj

Ruslar resurslarını bitirib, əməliyyat vacibdir - Malomuj

Son xəbərlər

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25
ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

03 Oktyabr 2026 - 11:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

03 Oktyabr 2026 - 11:02
Şimali Koreya Yapon dənizinə doğru raket atdı

Şimali Koreya Yapon dənizinə doğru raket atdı

03 Oktyabr 2026 - 10:50
Lukaşenko Trampla görüşə hazırlaşır

Lukaşenko Trampla görüşə hazırlaşır

03 Oktyabr 2026 - 10:39
Nyu-York birjasında təbii qaz bahalaşıb

Nyu-York birjasında təbii qaz bahalaşıb

03 Oktyabr 2026 - 10:26
Prezident Ladislau-Marius Vizeri təltif etdi

Prezident Ladislau-Marius Vizeri təltif etdi

03 Oktyabr 2026 - 10:16
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir

XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir

03 Oktyabr 2026 - 10:12
Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

03 Oktyabr 2026 - 10:00
Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.